Donbassda seçkilərin keçirilməsi hələ mümkün deyil – ABŞ-ın Dövlət Departamentibackend

Ukraynannın Donbass bölgəsində seçkilərin keçirilməsi indiki şəraitdə mümkün deyil.

“Yeni Gündəm” xəbər verir ki,  bu fikirləri “Amerikanın Səsi” radiosu 7 may tarixində Marshall Fondunda onlayn müzakirələr zamanı Dövlət katibinin köməkçisinin müavini Corc Kentə istinadən yayıb.

Dövlət Departamentinin nümayəndəsi vurğulayıb ki, Donbassda vicdanlı səs vermə yalnız atəşkəsdən sonra qoşunların çıxarılması, Rusiya və Ukraynanın sərhədə nəzarəti əldə etməsi ilə mümkündür.

“Əsasən, yerli seçkilərin keçirilməsinin şərtləri haqqında danışmağa başlamazdan əvvəl təhlükəsizliyə zəmanət vermək lazımdır. Ukrayna beynəlxalq sərhədə nəzarət etməlidir. Düşünürəm ki, prezident Vladimir Zelenski və komandası münaqişənin sülh yolu ilə bağlı mövqelərini dəqiq müəyyənləşdirdilər. Buna nail olmaq niyyətlərini açıq şəkildə ifadə etdilər. Beləliklə, bu, Putin və komandasının müharibəni bitirmək və Ukraynada yerli vətəndaşları öldürməsini dayandırmaq istəyindən asılıdır” deyə Kent bildirib.

Onun sözlərinə görə, Ukraynanın şərqindəki əsas razılaşmalar Minsk sazişləridir. Bununla yanaşı, Rusiya müqavilələrin imzalanmasının ilk günündən etibarən onları pozub. Dövlət Departamentinin nümayəndəsi belə deyib.

“Bu, Rusiyanın açdığı müharibədir, bunu dayandıra bilər. Rusiya qüvvələri Ukrayna ərazisindəki ukraynalıları öldürməyə davam edir” deyə Kent vurğulayıb.

Babək Göyüş