Dörd yaşlı uşaq velosipeddən yıxılaraq ölübbackend

Abşeron rayonunda 4 yaşlı uşaq faciəvi şəkildə ölüb.

“Yeni Gündəm”-in xəbərinə görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, 2017-ci il təvəllüdlü Amil Sadıqov velosipeddən yıxılaraq dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.