Dövlət Əmlak Komitəsindən kollecə məxsus torpaqların verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Bir müddət öncə yerli mediada Bakının Nərimanov rayonunda yerləşən Humanitar Kollecin və yaxınlığındakı 50 sot parkın Ramiz Mehdiyevin ailəsi tərəfindən özəlləşdirildiyi ilə bağlı xəbər yayıldı və qısa zamanda ölkə mətbuatını zəbt etdi.

Həmin məsələ ilə bağlı Təhsil Nazirliyi öz açıqlamasında dövlətin kollecinin özəlləşdirilməsinin mümkün olmadığı və bu məsələdən xəbərsiz olduqlarını ifadə edib.

Humanitar Kollec və 50 sot park ərazisi özəlləşdirilmiş və sözügedən əraziyə Dövlət Əmlak Komitəsi tərəfindən çıxarış təqdim edilməsi barədə xəbərlər yayıldı.

Məsələ ilə bağlı Dövlət Əmlak Komitəsindən bütün iddiaların əsassız olduğu bildirildi və kollecə məxsus ərazinin digər təhsil müəssisəsi – “ADA”nın balansına verildiyini və həmin sərəncamın eks baş nazir Novruz Məmmədov tərəfindən təsdiq edildiyi qeyd olundu.