Dövlət idarəsindən oğurluq olubbackend

Xızıda dövlət idarəsindən oğurluq olub.

Bu barədə “Yeni Gundem”-ə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində Suvarma Sistemləri İdarəsinin (Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti – red.) hidrotexniki qurğularından 6 ədəd beton halqanın, Şorabad kəndi ərazisində isə suburaxıcı qurğunun reduktorla birgə oğurlanması barədə polisə məlumat daxil olub.

Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən qəsəbə sakinləri Əlyar Hüseynov və Nurlan Qasımov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.