Dövlət İmtahan Mərkəzi SAT imtahanları keçirdibackend

Dövlət İmtahan Mərkəzində 29 avqust 2020-ci ildə növbəti SAT imtahanları (SAT and SAT Subject) keçirilib. 

DİM-dən verilən məlumata görə, DİM-in inzibati binasında təşkil olunmaqla təlimata təşkil olunub.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İmtahanda 34 nəfər (o cümlədən 6 nəfər SAT Subject üzrə) iştirak edib.

İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, növbəti SAT imtahanının sentyabrın 26-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/sat/