Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edəcəkbackend

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 4-də Lerik və Astara rayonları, eləcə də Lənkəran şəhərindən olan vətəndaşları qəbul edəcək.

Komitədən “Yeni Gündəm”-ə verilən məlumata görə qəbul Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində saat 11:00-da başlayacaq.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.