Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edəcəkbackend

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 19-da saat 11:00-da YAP Şamaxı rayon təşkilatının inzibati binasında (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi 18/a) Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə “Yeni Gündəm”-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.