Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyindən prezidentə MÜRACİƏTbackend

Dövlət Mineral  Xammal Ehtiyyatlarından  İstifadə Agentliyinin  İdarə Heyyətinin əməkdaşlarından şikayətçi olan “Qarabağ-ER” MMCnin direktoru vicdanlı Sahibkar Vəli Nəbi oğlu Albəndov digər iş adamları kimi media vasitəsi ilə prezidentən kömək istəyir. Agetlik tərəfindən başına gətirilən müsübəti ölkə başçısına çatdırmaq istəyən, Tərəqqi Medalı və Əməkdar Mühəndiis Fəxri adı verilmiş sahibkar Vəli Albəndovun,   Prezidenti Cənab İLHAM ƏLİYEVƏ və Ekologiya və Təbii Sərvətlər  Naziri Muxtar Babayevə müraciətin olduğu kimi təqdim edirik:

“Tərtər rayonu  ərazisində yerləşən  “Qarabağ-ER” MMCnin direktoru, Sahibkar Vəli Nəbi oğlu Albəndov, Sizə yazıb məlumat üçün bildirir və xahiş edirəm ki, Azərbaycan Respublikası  Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin tərkibində  fəaliyyət göstərən, Dövlət Mineral  Xammal Ehtiyyatlarından  İstifadə Agentliyinin  İdarə Heyyətinin bir qrup nümayəndələri tərəfindən sahibkarlıq  fəaliyyətimdə olan “Qum-Çınqıl  karxanasına baxış  keçirilmiş   və  qanuni  sənədlərimə baxılmışdır.
Lakin  hüquqi  sənədlərə yerin təkindən  istifadə  qaydalarına əməl  etdiyimizə baxmayaraq, təşkilatımıza  şər böhtanlı , qanunsuz  fikirlərnən  təşkilatımızı: Dövlətə zərər vurma adı ilə  Gəncə Kommersiya  məhkəməsinə  şikayət verərək və  542500 (beş yüz qırx iki min beş yüz ) min  manat məbləğində çərimə ödəmə tələb  edilmişdir.
Bununla bərabər müraciyyət əsasında“Qarabağ-ER” MMC-nin  hüquqi sənədlərinin  ləğv edilməsinin tələbini  irəli sürmüşlər.
Hal bu ki, mənim  sahibkar kimi  fəaliyyətimdövründə  Dövlətə məxsus olan  hal-hazırda hüquqi sənədlər  əsasında  işlərimizi qanunun tələblərinə  uyğun  aparmışıq və heç birqanunsuz  işlərə  yol verməmişik.
Nəticədə  Gəncə Kommersiya  Məhkəməsi06 sentyabr  2021-ci ildə  , Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyinin iddia  ərizəsinə  baxılmışvə  geniş hüquqi qaydada   müzakirələr və  araşdırılmalardan və təhlillərdən sonra, Dövlət  Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyinin qanunsuz iddia tələbini  ləğv etmişdir.
Gəncə İnzibati Məhkəməsi, 06 sentyabr 2021-ci il tarixində , Dövlət  Mineral Xammal Ehtiyyatlarından İstifadə  Agentliyinin hüquqi sənədlərimizin  ləğv edilməsi haqqında tələbinə baxılmışdır.
Nəticədə məhkəmə “Qarabağ-ER” MMC-yə  məxsushüququnu təşkilatın   özündə saxlamış və haqsız  və qanunsuz  olan, DövlətMineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyinin tələbini təmin etməmişdir. (hüquqi sənədlərin qüvvədə saxlanılmasına qərar vermişdir).
Yuxarıda göstərdiyim kimi, DövlətMineral Xammal Ehtiyyatlarından İstifadəAgentliyinin qanunsuz və qaydasızhərəkətləri və  tələbləri  nəticəsində, “Qarabağ-ER” MMC təşkilatına (Sahibkara) çox böyük zərələr  dəymiş, maliyyə təsərrüfat fəaliyyətimiz  tam pozulmuş çox sayda  30 (otuz) nəfər  işçimiz və müəyyən sayda sürücü və mexanizatorçularımız  7 (yeddi) ay işsiz  qalmışvə Azərbaycan Respublikası üzərə keçirilən Tenderlərdə iştirak hüququmuzu pozduqları üçün (hüquqi sənədləri ləğv etdikləri üçün) kənardaqalmışıq  və demək olar ki,  bu dediklərimiz;  DövlətMineral Xammal Ehtiyyatlarından İstifadəAgentliyinin qanunsuz hərəkətləri və məhkəmələrə qanunsuz  yazdıqlarıiddia ərizələrinə əsasən  “Qarabağ-ER” MMC-nin iş nüfuzu aşağı düşmüşdür.
Bu dediklərimiz və  bildirdiklərimiz qanunsuz və əsassız səbəblər ucbatından Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyi “Qarabağ-ER” –nin  maliyyə- təsərrüfat  fəaliyyətinə və şirkətin  nüfuzuna, sahibkarlıq  fəaliyyətimizə 246000 (iki yüz qırx altı )  min manat  zərər vurmuşdur. Hal bu ki,  “Qarabağ-ER” MMC təşkilatı yarandığı gündən Dövlət proqramlarında  və tapşırıqlarında işləmiş və təşkilatımızın tikdiyi və başa çatdırdığı  layihələrdəndörd ədəd müxtəlif təyinatlı  obyektlərimizin  açılıb istifadəyə  verilməsində, Möhtərəm Prezidentimiz İLHAM ƏLİYEV Cənabları iştirak   etmiş vəgörülmüş  keyfiyyətli  işlərinnəticəsi kimi  təşkilatın  rəhbəri Mən, Albəndov Vəli Nəbi oğluna  müxtəlif vaxtlarda; Azərbaycan Respublikası Prezidenti Cənab  İLHAM ƏLİYEVİN imzası ilə Tərəqqi Medalı və Əməkdar Mühəndiis Fəxri ada layiq görülmüşəm. Əsassız səbəblər ucbatından Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyi mənim və şirkətin hüquqların heçə saydığı üçün prezidentimdən kömək istəyir, ədalətin bərqərar olmasına inancım böyük olduğu üçün prezidentimdən agentliyin belə fəaliyyətinə qanunla qiymət verilməsini rica edirəm…”
Bundan başqa Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin tərkibində  fəaliyyət göstərən Dövlət Mineral  Xammal Ehtiyyatlarından  İstifadə Agentliyinin  İdarə Heyyətinin bir qrup  nümayəndələrindən 50 -yə yaxın sahibkar da prezidentə şikayətçi düşüb.

Beləki, Dövlət Mineral  Xammal Ehtiyyatlarından  İstifadə Agentliyinin  tərəfindən 50-yə yaxın sahibkarlıq  fəaliyyəti ilə məşğul olan şəxslərin iflic vəziyyətə salıb. İldə dövlət büdcəsinə yüz min manatlarla xeyir verən bu sahibkarların gözyaşına baxbadan agentliyin qoluzorluları səbəbsiz olaraq hər iş adamını 300- 700 min manat civarında cərməliyərək fəaliyyətlərinə son verib. Prezidenti belə tanımayan agentlik qolçomaxları elə prezidentin Tərəqqi Medalı və Əməkdar Mühəndiis Fəxri adı verən layiqli və vicdanlı sahibkar “Qarabağ-ER” MMCnin direktoru  Vəli Nəbi oğlu Albəndova vicdan əzabı verən məmurlar digər 50-yə yaxın sahibkarlara da elə eyni “vicdan cəza”sı kəsiblər. Görən bu agentlər prezidentin dəstək verdiyi sahibkarları sıradan çıxardmaq məqsədi nəyə hesablanıb? Əcabə bu agentlər də İran və Faransa hökümətləri siyasətinə bağlıdır. Yoxsa, İlham Əliyevi gözdən salma və ya Azərbaycanda nizamı pozma siyasəti körügləyirlər. Hərçənd görünən o ki, yaxın günlərdə yaradılan kiçik agentlik bir anda  böyük qərarlar verir. Allah sonunuzu hayır etməsin. Çünki onlarla  sahibkara hayırsız qərarlar verən agentlikyə, üstə gəl 300 mindən 700 min manata qədər cərimələnən hər MMC-də evinə çörəkpulu qazanan yüzlərlə insanın çörəyinə bais olma, həqiqətən də nə dövlətə nədə ki, qərar verən həmin kəslərə yaxşı gələcək vəd etmir.  Təssüflər ki, insanların sosial vəziyyətinin ağır günündə bunu edən dövlət məmurları tapılır və yüzlərlə yoxsul ailənin etirazlar keçirməsinə vadar edir. Media olaraq 500 mindən çox cərimə kəsilən sahibkarla əlaqə saxlayıb baş verənlərlə bağlı cavablar almışıq.
Növbəti yazıda Dövlət Mineral  Xammal Ehtiyyatlarından  İstifadə Agentliyinin 100 mindən 700 min manata qədər ağır çərmələr edilən sahibkarların siyahısını dərc edəcəyik. Həmin sahibkarlar ki, yüzlərlə işçisini agentlik məmurları ucmatından ac və çarəsiz qoyulub. Çarpıcı cavablar verən iş adamları və zəmətkeşlər haqalarını bərpa etmək üçün Avropa məhkəmələrinə qədər gedə biləcəklərini açıqlayıb. Avropa məhkəməsində isə Azərbaycan əleyhinə çıxacaq hər bir qərar dövlətimizin demokratiya yolunda yürüməsinə böyük zərbə ola biləcəyini bir anda düşünmək faciədən başqa bir şey deyil. Bax. onda həmin AGENTLİK heyyətini “topdan” və “pərakəndə”olaraq  DTX tərəfindən  “Azadlıqdan məhrum cərməsi”  gözləyir. Çünki, zülmün uzün gecəsi olduğu kimi, haqqın da bükülməz qolu, dönməz üzü vardır. Necə deyərlər insan qəbir evinə qoyulduqdan sonra, başı əhlət daşına dəyəndə “vay ölən mənmişəm.” deyir.
İXAM.az