Dövlət Miqrasiya Xidməti ÇAĞRIŞ ETDİ – Azərbaycanda yaşayan əcnəbilərin nəzərinəbackend

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib.

DMX-dən “Yeni Gündəm”-ə verilən məlumata görə, vaksinasiya tədbirlərinin ölkəmizdə yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə şamil olunması üçün aiddiyyəti dövlət orqanları ilə birgə müvafiq tədbirlər görülür.

Xatırlatmaq istərdik ki, ölkəmizdə qanuni əsaslarla yaşayan (ölkədə olması və yaşması üçün müvafiq icazələr verilmiş) əcnəbilər Azərbaycan vətəndaşları ilə bərabər şərtlər əsasında vaksinasiya oluna bilirlər.

Bununla əlaqədar, ölkəmizdə qanunsuz vəziyyətdə yaşayan əcnəbilərin də vaksinasiya tədbirlərindən yararlanmasının təmin olunması məqsədilə Dövlət Miqrasiya Xidməti həmin şəxsləri vaksinasiya ilə bağlı tələb olunan müvafiq sənədlərin əldə edilməsi üçün regional miqrasiya idarələrinə yaxınlaşmağa dəvət edir. Regional miqrasiya idarələrinin ünvanlarını buradan əldə etmək mümkündür

Ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərsiniz.