Dövlət Miqrasiya Xidməti də Prezidentin çağırışına dəstək verdibackend

Dövlət Miqrasiya Xidməti tərəfindən Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə ayrılıb.

Bu barədə “Yeni Gündəm” ə Xidmətin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Dövlət Miqrasiya Xidmətinin kollektivi də koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycan xalqı ilə həmrəydir.