Dövlət Nəzarəti İnformasiya Sistemi yaradıldı – Prezidentdən Fərmanbackend

Prezident İlham Əliyev “Dövlət Nəzarəti İnformasiya Sistemi”nin yaradılması haqqında fərman imzalayıb.

“Yeni Gündəm” xəbər verir ki, fərmana əsasən, Prezident Administrasiyasında Azərbaycan Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsini təmin edən “Dövlət Nəzarəti İnformasiya Sistemi” yaradılıb.

“Dövlət Nəzarəti İnformasiya Sisteminin iş Qaydası” təsdiq edilir.

Prezident Administrasiyası Dövlət Nəzarəti İnformasiya Sisteminin fəaliyyətini təmin etməlidir,

Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün əsas səmərəlilik göstəricilərini müəyyən etməli və qiymətləndirməni aparmalıdır,

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Dövlət Nəzarəti İnformasiya Sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görməlidir.