Dövlət sərhədində gərginlik: ABŞ Azərbaycana və Ermənistana çağırış etdibackend
ABŞ administrasiyası Azərbaycanı və Ermənistanı iki ölkənin dövlət sərhədindəki gərginliyi azaltmağa çağırıb.
“Yeni Gündəm” AZƏRTAC-a istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün tvitter hesabında yazıb. N.Prays qeyd edib ki, ABŞ hökuməti Ermənistan-Azərbaycan sərhədinin demarkasiya olunmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyir. Rəsmi Vaşinqtonun tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşdüyünü, vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırdığını bildirib.