Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsi başladıbackend

Dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Yeni Gündəm” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 16-na təyin edilib.

Qeyd edək ki, Səbuhi Səlimov ötən il oktyabr ayında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.