Dövlətin bütün təşəbbüslərinin mərkəzində duran əsas amil insan və onun sosial rifahıdırbackend

Dövlətin bütün təşəbbüslərinin mərkəzində duran əsas amil insan və onun sosial rifahıdır

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqincə davam etdirən dövlət başçısı cənab Prezident İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır.
Hər bir ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsində nəzərə alınmalı olan faktorlardan biri də əhalinin sosial rifah amilidir. Məhz ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir.
Cənab Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi artımın ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Dəfələrlə Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edən Prezident İlham Əliyev demişdir: “Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib. Aparılan siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır.”
Əhalinin maddi rifah və güzəranın davamlı olaraq yaxşılaşdırılması üçün Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz fəaliyyətində sosial ədalət və humanizm prinsiplərinə böyük önəm verir ki, bu da əhalinin ən müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən dərin rəğbət və məmnunluqla qarşılanır. Mehriban xanım Əliyevanın dəstəyi ilə xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün yeni reabilitasiya müəssisəsi, məhdud fiziki imkanlı insanlar üçün regional informasiya mərkəzləri yaradılıb, uşaqlar üçün sosial xidmət müəssisələri müasir tələblərə uyğun yenidən qurulub, aprel döyüşlərində, eləcə də Vətən müharibəsində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təminatı həyata keçirilib. Ümumilikdə, bu gün sosial müdafiə sisteminin əhatə etdiyi bütün əhali kateqoriyaları, o cümlədən əlilliyi olan insanlar, sağlamlıq imkanları məhdud şəxslər, ahıl vətəndaşlar, valideyn himayəsindən məhrum gənclər, aztəminatlı ailələr, şəhid ailələri və digərləri ilə bağlı Heydər Əliyev Fondu tərəfindən çox mühüm dəstək layihələri mövcuddur və bu layihələrin hər biri ölkədə aparılan və ildən-ilə güclənən sosial siyasətin icrasında öz dəyərli töhfələrini verir.
Ölkə Prezidentinin 17 illik rəhbərliyi dövründə, xüsusilə 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra aparılan islahatlar sırasında sosial layihələrin icrası, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar imzalanan fərman və sərəncamlar, qəbul olunan dövlət proqramları xalqın gələcəyə olan inamını daha da artırıb. Bu uğurlar bir daha təsdiqləyir ki, Azərbaycan bu gün inkişafının, tərəqqisinin və islahatlar prosesinin yeni mərhələsini, yeni dalğasını yaşayır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayacaq, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və ölkəmizin ərazi bütövlüyü təmin edilib

Bu günlər Azərbaycan dövləti, Azərbaycan xalqı ən xoşbəxt günlərini yaşayır. Neçə illər mütləq gələcəyinə inandığımız, həsrətlə gözlədiyimiz, yolunda neçə-neçə igid Oğulların can verdiyi şanlı günlərə qovuşmuşuq. Azərbaycan dövləti və xalqı Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində qarşısında duran əsas problemin həllinə nail oldu. Artıq Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və ölkəmizin ərazi bütövlüyü təmin edilib. Qarşıda isə bizi yeni mühüm vəzifə gözləyir ki, bu da işğaldan azad olunan ərazilərin bərpa edilməsi ilə bağlıdır. Cənab Prezidentin Hacıqabul rayonuna səfəri zamanı qeyd etdiyi kimi, işğaldan azad edilən ərazilərdə bərpa planları kifayət qədər genişdir. Bu ərazilərin potensialı çox yüksəkdir. Baxmayaraq ki, işğalçılar 30 il ərzində bu ərazilərdə hər şeyi məhv edib, amma bu torpaqların hər qarışı bizim sərvətimizdir. Gözəl təbiəti, yeraltı və yerüstü resursları olan Qarabağ torpaqlarının iqtisadiyyatımıza böyük dividentlər gətirəcəyi şübhəsizdir. Təbii ki, quruculuq işləri həyata keçiriləndən, insanlar o torpaqlara qayıtdıqdan, torpaqların əkilib-becərilməsindən, sosial-iqtisadi infrastrukturun yadılmasından sonra biz həmin bölgələrin inkişafımıza nə qədər böyük təkan verəcəyinin, müsbət təsir göstərəcəyinin şahidi olacağıq.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Qeyri-neft sektorunun inkişafı üçün ölkəmizdə yeni imkanlar cənab Prezident tərəfindən daima yaradılır

Televiziyadan və mətbuatdan cənab Prezident İlham Əliyevin 20 aprel 2021-ci il tarixdə Hacıqabul rayonuna səfərini izlədik. Burada vaxtilə qəbul edilmiş regionların sosial-iqtisadi inkişaf proqramının uğurla icra edildiyinin şahidi olduq. Hacıqabul rayonunda böyük işlərin görüldüyünü elektrik enerjisi ilə təchizatının xeyli yaxşılaşdırılmasında, yeni yarımstansiyanın açılmasında, kənd yollarının 75%-nin yenidən çəkilməsində, xəstəxana, mədəniyyət obyektlərinin, məktəblərin əsaslı şəkildə təmir olunub, tikilib istifadəyə verilməsində, aqroparkların, yeni sənaye müəssisələrinin açılıb əhalinin istifadəsinə verilməsini də gördük. Bütün bunlar qeyri-neft sektorunun inkişafına xidmət edən dövlət təşəbbüslərinin nəticələri olduğunun göstəricisidir. Əlbəttə ki, Azərbaycanın bir çox bölgələrində kənd təsərrüfatı sahəsində aparılan islahatlar dayanmadan şaxələnir. Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyinin təmin olunması üçündür. Həmçinin əkin-fermer təsərrüfatlarının inkişafı ilə bağlı işlər də görülür. Yuxarıda qeyd edilən qeyri-neft sektoru sahələrini inkişaf etdirmək, daha bol məhsul yetişdirmək, bolluq yaratmaq əhalinin rifah halını yüksəltməkdir.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

Erməni faşizmi tarixi abidələrə münasibətdə də özünü qabarıq şəkildə göstərir

44 günlük Vətən Müharibəsində əldə edilmiş zəfər həm də erməni faşizmi üzərində qələbədir. Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik.
Ulu Öndər Heydər Əliyevin başlatdığı siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı düşmən tapdağından azad edib.
Əldə olunan bu qələbənin tarixi, iqtisadi, siyasi-diplomatik, mənəvi-psixoloji tərəfləri ilə yanaşı tarixi zəfərimizdə milli-mənəvi dəyərlərimizin də xüsusi rolu vardır. Tariximizin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən, 44 günlük müharibədə qazandığımız qələbənin əsasında cənab Prezidentin uzaqgörən və praqmatik siyasət yürüdərək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə əldə etdiyi uğurları və milli-dini həmrəyliyimiz dayanır.
“Vətən müharibəsində birlik və həmrəylik nümayiş etdirərək “Dəmir yumruq” kimi birləşən müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşları çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək işğala son qoyublar.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Qeyri-neft sektorunun inkişafı üçün ölkəmizdə yeni imkanlar yaradılır

Bir reallıqdır ki, bu gün sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir.
Həmçinin, ərazilərimizin bərpası və inkişafı ümummilli məsələdir və bu işlər planlı şəkildə aparılır. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün bütün potensiallar səfərbər olunub. Minalardan təmizləmə prosesi dayanmadan davam edir. Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var.
Heç şübhəsiz ki, milli maraqların təmin olunması bütün məsələlərdə mütləq prioritetdir.  Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Dünya tarixində bir çox müharibələr olub, ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik dünya müharibə tarixində olmayıb. Hətta İkinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilmirdi, dini abidələr dağıdılmırdı. Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Bu, bizim tarixi missiyamızdır – təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında. Erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur. Rəsmi İrəvan uzun illər ərzində törədiyi cinayətlərə görə məsuliyyət daşımalıdır. Biz əminik ki, təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Son 17 il ərzində ölkədə yüzlərlə müasir sənaye müəssisəsi,
yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları yaradılıb

Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezidentimiz cənab İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu məqsədlə hələ regionların inkişafına dair ilk dövlət proqramı qəbul edilərkən qeyri-neft sənayesi ölkənin gələcək iqtisadi inkişafının əsas istiqamətlərindən biri kimi seçilmişdi.  Son 17 il ərzində ölkədə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları yaradılıbdır. Müasir texnologiya və avadanlıqlarla təchiz edilən bu sənaye parklarından biri də Hacıqabul Sənaye Məhəlləsidir. Belə ki, yeni müəssisələrin yaradılmasının və təməlinin qoyulmasının həm ölkə, həm də Hacıqabul rayonun inkişafı üçün çox böyük əhəmiyyəti var. Həmçinin yerli istehsal canlanır, yeni iş yeri yaradılır və regionun iqtisadiyyatının genişlənməsi təmin edilir.
Bütün sahələr üzrə işlərin təşkili üçün bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə əks etdirən ölkələrin sayı azdır. Azərbaycanda lazım olan bütün istehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün  gözəl biznes  mühiti, siyasi sabitlik, xalq-iqtidar birliyi, təhlükəsizlik təmin edilib, əlverişli coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar,  ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər vardır.

Şəhla Eminova-Zərdab şəhər 1 nömrəli məktəb-liseyin direktor müavini

 

Rəsmi İrəvan uzun illər ərzində törətdikləri vəhşiliklərə görə məsuliyyət daşımalıdır

İşğaldan azad olunmuş ərazilərdə erməni quldurları tərəfindən törədilən dağıntıların və baş verən vandalizm aktlarının miqyasının nə qədər geniş olduğu göz qabağındadır. Erməni terrorçularının tapdağı altına düşənə qədər cənnət məkan olan torpaqlarımız hazırda ölü şəhərlərə çevrilmişdir. Vaxtilə on minlərlə insanın yaşadığı, qaynar həyatın olduğu şəhərlərimizdə indi salamat bir bina, bir tikili qalmayıb. Erməni işğalçıları xislətlərinə uyğun olaraq, şəhərlərimizi xarabalığa çevirib, darmadağın ediblər. Ancaq heç nəyə baxmayaraq bizlər ümid və qürur doluyuq. Çünki, biz bilirik ki, Azərbaycan dövləti torpaqlarımızı işğaldan azad etdiyi kimi, həmin torpaqlarda yenidən həyatın bərpa olunmasını da təmin edəcək. Ölkə başçısının dediyi kimi, həyatımızın yeni dövrü başlayır-quruculuq, inkişaf, torpaqlarımızın bərpası dövrü. Ermənistan tərəfinin illərdir işğal altında saxladığı torpaqlardan çıxarkən yandırıb-dağıtmasına, öz əlləri ilə şəhərlərimizi yerlə-yeksan etməyə çalışmaqlarına baxmayaraq Azərbaycan tərəfi sözün əsl mənasında ən yüksək insani keyfiyyətlərə uyğun olaraq hətta Gəncədə, Bərdədə, Tərtərdə terror aktları törədildiyi zamanlarda belə mülki əhalini hədəfə almamış, yalnız düşmən ordunun əsgərləri ilə mübarizə aparmışdır. Azərbaycan əsgəri verilən tapşırıqları yüksək dəqiqliklə yerinə yetirmiş, torpaqlarımızın düşmən tapdağından azad olunması üçün var gücü ilə çalışmış və sonda tarixi ədaləti bərpa etməyə nail olmuşdur. Bəli, heç bir şübhə yoxdur ki, Azərbaycanın Qarabağ zəfəri tarixi ədalətin bərpa olunması, haqqın zəfər çalması idi.

Qinyaz Nağıyev – Fəal gənc

Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar günü-günü şaxələnməkdədir

Azərbaycan zəngin ölkədir. Təbii sərvətləri dünyaca məşhur olan ölkəmiz müxtəlif sahələrdə  inkişaf etmişdir. Demək olar ki, əhalisinin ehtiyacını öz ölkəsinin istehsalı olan məhsullarla təmin  edir. Bu sahədə çox sayda uğurlu addımlar atılmışdır.
Məqsədyönlü islahatlar nəticəsində ölkədə neft amilindən asılılıq minimum səviyyəyə çatdırılmışdır. Bu islahatlardan bir çoxu kənd təsərrüfatı sahəsinin inkişafı üçün nəzərdə tutulmuşdur.
Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artdı, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir.

Rafiq Məmmədov – Zərdab şəhər sakini, təqaüdçü

 

Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik

Erməni tərəfi qeyri-qanuni şəkildə zəbt etdikləri torpaqları heç vaxt özününkü kimi qəbul etməmiş, o torpaqlarda qurub-yaratmamış, hətta əksinə misli görünməmiş vandallıq aktları törətmişdir. Ermənilər qəbirləri dağıtmış, dini ibadətgahları təhqir etmişdir. Bizim bütün məscidlərimiz erməni vandalları tərəfindən təhqirlərə məruz qalıb.
Dünya isə bu haqsız münasibətə susmaqla kifayətlənib. Ancaq dağıntılara, təhqirlərə məruz qoyulmuş bu məbədlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əvvəlkindən də daha yüksək memarlıq üslubunda yenidən bərpa olunacaqdır. Biz əməli işlərlə humanistliyimizi, multikulturalizmə verdiyimiz qiyməti sübut edəcəyik. Ölkə başçımız öz fikirlərində erməni tərəfinin tarixi irsimizə vurduğu ziyana görə cavab verməli olduğunu, bizim buna onları məcbur edəcəyimizi bildirmişdir. Azərbaycan dövləti işğaldan azad olunmuş bütün əraziləri yenidən bərpa edəcək. Bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları tikiləcək, küçələr, parklar, xiyabanlar salınacaq, qələbə abidələri ucaldılacaqdır. Qarabağa həyat qayıdacaqdır.

Abuzər Xəlilov – Şəftəhal kənd sakini, ağsaqqal

 

İşğaldan azad olunmuş ərazilərimizin inkişafı ölkəmizin daha da qüdrətlənməsinə imkan yaradacaq

Tarixə qızıl hərflərlə düşmüş Vətən müharibəsi ölkəmizin qələbəsi, zəfəri ilə yekunlaşdı. Bu qələbədən sonra qarşıda duran vəzifələrdən ən başlıcası işğaldan azad olunmuş doğma yurdumuzun bərpası və daha da yüksək səviyyədə inkişaf etdirilməsidir. Hal-hazırda Qarabağda abadlıq quruculuq, bərpa işlərinə start verilib və uğurla davam etdirilir. Bərpa işlərini vaxtında və keyfiyyətli icra etmək üçün bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilmişdir. Prezident cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizə səfərləri zamanı yol, hava limanı, elektrik və başqa infrastruktur layihələrinin təməlini qoyması, açılışında iştirak etməsi Qarabağın cənnətə çevrilməsi prosesinin tərkib hissəsidir. Başlanan bərpa işləri də bir daha göstərir ki, Qarabağda böyük iqtisadi layihələr icra olunacaq, kəndlər, rayonlar, şəhərlər yeni planlara uyğun olaraq bərpa ediləcək, məktəblər, xəstəxanalar, dövlət qurumlarının binaları inşa ediləcək, infrastruktur yaradılacaq.  Həyata keçiriləcək bütün bərpa işləri sistemli və planlı şəkildə aparılacaqdır. Bu inkişaf prosesləri doğma Qarabağımızın daha da çiçəklənməsinə və rifahına yol açacaq və ölkəmizin yüksək sürətlə inkişafına təkan verəcəkdir.

Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı

 

Milli maraqların təmin olunması bütün məsələlərdə mütləq prioritetdir

Bu gün Azərbaycanın daxili və xarici siyasəti müstəqillik prinsipinə əsaslanır, milli maraqların qorunmasına xidmət edir. Məhz elə buna görədir ki, artıq regionda güc mərkəzinə çevrilən Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq daha da möhkəmlənir, ölkəmiz beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutmaqla günü-gündən nüfuzunu daha da artırır. Təbii ki, bunun da əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır.
Hazırda müstəqil ölkə kimi müstəqil siyasət aparan ölkəmiz xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Ölkədə həmçinin əhalinin gəlirlərinin stabil artımı, sosial-siyasi sabitlik təmin olunub. Bu səbəbdən də müəyyən xarici qüvvələrin Azərbaycana təzyiq göstərmək, daxili sabitliyi pozmaq cəhdləri hər dəfə uğursuzluğa düçar olur.
Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan öz müstəqil siyasətinə sadiqdir: “Bu siyasət Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. Azərbaycan heç bir xarici qüvvənin diktəsi ilə oturub-durmur, müstəqil siyasət aparır və sürətlə inkişaf edir, eyni zamanda, sübut edir ki, bu gün müsəlman aləmində dinamik, müasir, öz milli-mənəvi dəyərlərinə sadiq, güclü bir dövlət vardır. Bu da bəzi xarici dairələrin stereotiplərinə, yaxud da ki yaratdıqları stereotiplərə sığmır”.
Azərbaycanın müstəqilliyinin, xalqımızın milli maraqlarının təminatçısı olan Prezident İlham Əliyev hər zaman bəyan edir ki, Azərbaycanın xarici siyasəti məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, xarici siyasət də həmin istiqamətdə qurulur. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə də dövlətimizin başçısının mövqeyi, iradəsi hər kəsə bəllidir. Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişə birmənalı olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalı, düşmən işğal etdiyi bütün torpaqlardan çıxarılmalıdır. Bu mövqe tam şəkildə xalqın maraqlarını ifadə edir. “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində səsləndirilən bu fikirlər bir daha yuxarıda qeyd olunanların təsdiqidir.
Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Ölkəmizdə mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi də Azərbaycanın milli gücünün artmasında ifadə olunur. İllərdir xalq-Prezident birliyi təməli üzərində möhkəmlənən, milli maraqlara söykənən siyasi kurs bu gün məntiqi nəticəsini verməkdədir.
Son hadisələr göstərir ki, xalqımız taleyüklü məsələlərdə birlik nümayiş etdirməyə, müstəqilliyimiz, suverenliyimiz uğrunda mübarizə aparmağa qadirdir.

Xəyalə Veyisova – YAP Zərdab rayon təşkilatının qadınlar şurasının sədri

Bərpa işləri mərhələli və planlı şəkildə icra olunacaqdır

Şanlı Qələbəmiz, Böyük Zəfərimiz sayəsində Azərbaycan dövləti və xalqı qarşısında duran ən böyük və ən əsas problemini həll etmiş oldu. Yad tapdağı altında qalan əzəli əbədi torpaqlarımız azad olundu, qisasımız mənfur düşməndən alındı. Tarixi ədalət bərpa olundu. Hazırda qarşıda duran əsas vəzifə işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi və ölkəmizin davamlı, uzunmüddətli və sürətli inkişafını təmin etmək üçün bu ərazilərin mövcud təbii sərvətlərindən səmərəli istifadə etməkdir. Artıq işə başlanmışdır. Bütün bu işlər planlı şəkildə, ən müasir standartlar nəzərə alınmaqla həyata keçirilir. Dövlət başçısının sərəncamı ilə həmin ərazilərdə görüləcək işlərə nəzarət üçün Əlaqələndirmə Qərargahı yaradılmışdır. Qarabağ çox zəngin təbii ehtiyatlara malikdir. Bu regionun iqtisadiyyatının bərpası və yenidən qurulması Azərbaycan iqtisadiyyatının inkişafına böyük təkan vermiş olacaqdır. Bu ərazilərin bərpası sənayenin, kənd təsərrüfatının, tikinti sektorunun, təhsil və səhiyyənin, turizmin inkişafı üçün böyük imkanlar yaradacaqdır. Ümumilikdə, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Şanlı Ordumuzun rəşadəti ilə işğaldan azad olunmuş Qarabağ torpaqları Azərbaycan iqtisadiyyatı üçün yaxın gələcəkdə yeni böyük iqtisadi imkanlar yaradacaq, iqtisadi gücünə güc qatacaqdır.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

İşğaldan azad olunmuş ərazilərdə bərpa işləri mərhələli və planlı şəkildə icra olunacaqdır

Ötən il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına ölkəmiz əks-hücum əməliyyatı ilə cavab verdi. Noyabrın 10-dək davam etmiş Vətən müharibəsi Qələbəmizlə başa çatdı. 44 günlük Vətən müharibəsi zamanı azad edilmiş torpaqlarımız Ali Baş Komandanın dəmir yumruğu və rəşadətli ordumuzun misilsiz şücaəti ilə geri alınmışdır. Bu gün doğmalarının həsrətini çəkən yurd yerlərimiz yenidən canlanır, əvvəlki təmtəraqlı günlərinə qovuşmağa tələsir. İşğaldan azad olunmuş rayon və kəndlərdə həyat qaynayır. Artıq yeni dövr başlayıb. İşğaldan azad olunmuş ərazilərimizin bərpası, həmin torpaqlara yenidən həyatın qaytarılması, iqtisadiyyatın dirçəldilməsi, infrastrukturun kökündən əsaslı şəkildə qurulması kimi mühüm vəzifələr bizi gözləyir. İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı prosesi əlbəttə mərhələli prosesdir. Çünki Ermənistanın talançılığı, istismarı nəticəsində regionun infrastrukturu yox səviyyəsinə gətirilib. İlk mərhələdə idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həlli, növbəti mərhələdə isə sosial xidmətlərin tətbiqi və genişləndirilməsi, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələləri planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmə strukturunun yaradılması, bərpa prosesinin çevik və planlı şəkildə həyata keçirilməsinə zəmin yaradır. Bu baxımdan möhtərəm Prezident İlham Əliyevin təməlini qoyduğu, uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsini yaradacaq. Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfəri zamanı yol, hava limanı, elektrik və başqa infrastruktur layihələrinin təməlini qoyması açılışında iştirak etməsi Qarabağın cənnətə çevrilməsi prosesinin tərkib hissəsidir. Başlanan bərpa işləri də bir daha göstərir ki, Qarabağda böyük iqtisadi layihələr icra olunacaq, kəndlər, şəhərlər yeni planlara uyğun olaraq bərpa ediləcək, məktəblər, xəstəxanalar, dövlət qurumlarının binaları inşa ediləcəkdir. Bu mənada artıq Azərbaycan böyük investorlar üçün daha maraqlı ölkəyə çevrilmişdir.  Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa strategiyası nəticəsində işğaldan azad edilmiş ərazilərimiz regionun ən inkişaf etmiş zonasına çevriləcəkdir.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru