Dövlətlərarası münasibətlərimizin inkişaf etdirilməsində hər iki tərəfdə ciddi siyasi iradə varbackend

Azərbaycanın enerji strategiyasının önəmli mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Azərbaycanın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır;

Ölkəmizdə neft və qaz sənayesinin inkişafı, Sov. İKP XXI və Azərbaycan KP XXIII qurultaylarının tarixi qərarlarının həyata keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan neftçilərinin qarşısında böyük, məsul və şərəfli vəzifələr durur. Yeddilliyin (1959-1965) axırında Sovet Azərbaycanında neft hasilatının 22 milyon ton və qaz hasilatının 11.6 milyard kub metrə çatdırılması nəzərdə tutulmuşdur.

Bu tədbirlər respublikamızın yanacaq balansını artırır və kimya sənayesinin inkişafı üçün xammal bazasını genişləndirməyə imkan yaradır.1959-cu ildə 1955-ci ilə nisbətən neft hasilatı 15.8%,qaz hasilatı isə 3 dəfədən çox artmışdır. Neft və qaz hasilatının artmasına, həmçinin neft və qaz sənayesinin inkişafına, yeni yüksək məhsuldar neft və qaz-kondensat yataqlarının (Qum adası, Qaradağ, Zirə, Kənizdağ) açılması ilə yanaşı, lay təzyiqinin saxlanılması üsulunun geniş tətbiqi ilə yataqların yeni sistemlə işlənməsi səbəb olmuşdur.

Bu dövrdə mexanikləşdirilmiş neftçıxarma üsulu da əhəmiyyətli dərəcədə inkişaf tapmışdır. Təkmilləşdirilmiş istismar avadanlığı əsasında ştanqlı nasos istismarı kökündən rekonstruksiya edilmiş və onların tətbiq sahəsi xeyli artmışdır. Hazırda, neft mədənlərində ştanqsız, elektrik-daldırma nasosları geniş tətbiq olunmaqdadır. Bunlardan əlavə quyudibi zonasının keçiriciliyinin artırılması texnikası xeyli yaxşılaşdırılmışdır. Bu sahədə ən effektli vasitə sayılan və geniş tətbiq olunan layların hidravlik yarılması üsuludur. Köhnə neft rayonlarında neftin çıxarılması texnika və texnologiyasının durmadan təkmilləşdirilməsi, həmçinin yeni neft və qaz yataqlarının yüksək elmi-texniki səviyyədə işlənməsi və istismarının müvəffəqiyyətlə həll edilməsi yüksək keyfiyyətli mütəxəssislər hazırlanmasını tələb edir.

Həmçinin, Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə Çernobbio şəhərində keçirilən beynəlxalq forumda əsas qonaq qismində iştirakı, həmçinin dövlətimizin başçısının forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etməsi də həm ölkəmizə həm də onun liderinə olan hörmətin böyük göstəricisidir.

Prezident İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı oldu. Dövlət başçısı çıxışında qeyd etdi ki, “iki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail oldu”.

Cənab Prezident İlham Əliyev cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bildirdi ki, Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Dövlət başçısı qeyd etdi ki, “bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür”.

Azərbaycan bugünə qədər Avropanı neft və qaz ilə təchiz edirdisə, artıq ölkəmiz enerji siyasətində yeni bir mərhələyə qədəm qoyub. Bu, bərpaolunan enerji resursları ilə bağlıdır. Bu gün elektrik enerjisinin Avropaya nəql edilməsi üzərində işlər aparılır. Dövlət başçısı qeyd etdi ki, “bərpaolunan enerji sahəsinə sərmayə qoymaq mənəvi öhdəlikdir. Bərpaolunan enerji sahələrinin Azərbaycandakı potensialı dəyərləndirilib. Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır. 2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə – Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik.

Adışlı Fidan,  Nəsimi rayon sakini