“Doymak” makaronunun içindən həşəratlar çıxdı – ŞİKAYƏT + FOTObackend
Bakıda mağazdan alınan makaronun içindən müxtəlif həşəratlar çıxıb.
Yeni Gündəm” xəbər verir ki, Sfera.az-a bu barədə paytaxt sakini Z.Ə (ad şərtidir) məlumat verib. Məlumatda bildirilib ki, “Doymak” şirkətinə məxsus iki bağlama makaronun içərisində müxtəlif həşəratlar olub. Alıcı bunun fərqinə qablaşdırmanı açdıqdan sonra varıb:
“Təəssüf ki, qablaşdırmanın içərisində müxtəlif həşəratların olduğunun fərqinə evə gəldikdən sonra vardıq. Makaronu tamamilə qurd basmışdı, qətiyyən yeyiləsi halda deyildi. Ona görə də hər iki qutunu zibil qabına atdım”.
Şikayətçinin sözlərinə görə, türk istehsalı olan məhsullarda belə hallara rast gəlinmir:

“Aldığımız makaron deyəsən, Azərbaycanda istehsal olunub. Çünki türk istehsalı olan məhsullarda belə halla rastlaşmamışam. Belə edirlər, sonra da yerli məhsulları alan olmur”.