Döyüş gedən ərazidən daha bir xəbərbackend

Hal-hazırda döyüş bölgəsində ara-sıra qarşılıqlı artilleriya zərbələri endirilir.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, düşmən tərəfi fəallıq nümayiş etdirməyə çaılışır: “Lakin Azərbaycan Ordusu düşmənin bu fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər görür. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə verilən bütün tapşırıqların yerinə yetirilməsinə hazırdır və buna qadirdir”.