DSX Akademiyasının tələbəsi intihar etdibackend

Noyabr ayının 17-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin Akademiyasının 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu naməlum səbəbdən özünü asaraq intihar edib.

Bu barədə “Yeni Gündəm”-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq orqanları tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.