DSX əməkdaşlarının öldürülməsini Baş Prokurorluq araşdıracaqbackend

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının öldürülməsi məsələsi ilə bağlı istintaq Baş Prokurorluq tərəfindən aparılacaq.

Bu barədə “Yeni Gündəm”-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə məlumat verib.

O bildirib ki, DSX-nin əməkdaşlarının öldürülməsi, qanunsuz narkotik vasitələrinin ölkə ərazisinə keçirilməsi ilə bağlı cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun göstərişi əsasında qurumun İstintaq İdarəsinə həvalə edilib.