DSX erməni təxribat-diversiya qrupunu zərərsizləşdirib? – RƏSMİ AÇIQLAMAbackend

Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb.

Dövlət Sərhəd Xidmətindən “Yeni Gündəm”-ə bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir: “Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır”.