DSX-nın həbs edilən generalı və 7 nəfər barədə YENİ XƏBƏRbackend

Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-leytenant Əfqan Nağıyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, istintaq orqanını təqdimatı təmin olunub və Əfqan Nağıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmə önünə çıxarılan digər təqsirləndirilən şəxslər – Samiq Əzizov, Müzəffər Namazov, Nemət Pənahov, Sakit Muradov, Xalis Quliyev, Elçin Vəliyev, Qadir Səməndərovun barəsində də həbs qətimkan tədbiri seçilib.

Əfqan Nağıyev özünü verilən ittiham üzrə təqsirli bilməyib. Həbs olunan iki idarə rəisi rüşvət almaqda özünü təqsirli biliblər. Onlar rüşvət alaraq Əfqan Nağıyevə verdiklərini etiraf ediblər.