DTX əməkdaşları “YAŞAT” Fonduna pul vəsaiti köçürdülərbackend

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları “YAŞAT” Fonduna pul vəsaiti köçürüblər.

“Yeni Gündəm”-in xəbərinə görə, Xidmətin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti köçürüblər.