DTX-nin əməliyyatı nəticəsində saxlanılan vəzifəli şəxsin adı açıqlandıbackend

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beyləqan rayonunda əməliyyat keçirdiyi iddia olunur.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Bakupost.az saytı məlumat yayıb.

Əməliyyat nəticəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsinin arxiv şöbəsinin müdiri Dəyanət Atakişiyevin saxlanıldığı bildirilir.

Onun rüşvət almaqda şübhəli bilindiyi iddia olunur.