DTX-nin həbs etdiyi general azadlığa buraxılıb? – Hakimdən AÇIQLAMAbackend

Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyevin azadlığa çıxması ilə bağlı məlumat yayılıb.

“Yeni Gündəm”-in xəbərinə görə, məsələ ilə bağlı açıqlama verən Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov bildirib ki, sabiq rəisin azadlığa çıxması xəbəri yalandır.

“Əfqan Nağıyev səhhəti ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərarı əsasında ev dustaqlığına məhkum edilib”.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Ə.Nağıyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına şərait yaradılması üçün çoxsaylı Azərbaycan vətəndaşlarından müxtəlif məbləğlərdə rüşvət almaqda şübhəli sayılıb və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.Unikal

***

Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.

“Yeni Gündəm” xəbər verir ki, avqustun 8-də Bakı Hərbi Məhkəməsi Ə.Nağıyev barəsindəki həbs qətimkan tədbiri qərarını dəyişərək onu ev dustaqlığı ilə əvəz edib. Ə.Nağıyev hazırda evində istintaqın nəzarəti aldtındadır.

Qeyd edək ki, mayın 16-da Bakı Hərbi Məhkəməsi Əfqan Nağıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçmişdi.

Rəsmi açıqlamaya görə, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Nağıyev Əfqan Vəli oğlu və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Pənahov Nemət Hacı oğlu, polkovnik-leytenant Vəliyev Elçin Vaqif oğlu, polkovnik Əzizov Samiq Yusif oğlu, polkovnik-leytenant Muradov Sakit Yusif oğlu, mayor Namazov Müzəffər Qafil oğlu və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə alıblar. İstintaq zamanı müəyyən edilib ki, qeyd olunan vəzifəli şəxslər tərəfindən vətəndaşlardan rüşvət qismində tələb edərək alınmış külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilib, Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarıb.Qafqazinfo