Dünən 38 nəfər cinayət törədibbackend

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev Respublika üzrə Daxili İşlər Nazirliyinin dekabrın 21-də aşkarladığı cinayət hadisələrini açıqlayıb.

“Yeni Gundem” xəbər verir ki,dekabrın 21-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 27 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 119, o cümlədən borclu şəxs qismində axtarışda olan 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Fərahim RƏHİMOV