Dünən 51 koronavirus xəstəsi evi tərk edibbackend

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən “Yeni Gündəm”-ə verilən məlumata görə, dekabrın 14-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 51 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.

Tibbi qaydalar gözlənilməklə onlardan 48 nəfər evə qaytarılıb, 3 nəfər xəstəxanaya yerləşdirilib. 37 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.