İranda avarçəkmə üzrə milli komandanın kapitanı Əmirhüseyn Mahmudpur noyabrın 13-də səyyar satıcılıqla məşğul olduguna dair videonu “İnstagram” hesabında paylaşaraq, dünya çempionluğu ilə vidalaşdığını açıqlayıb.
O, sosial media hesabında bu barədə yazıb:
“Mən olimpiadaya mütləq vəsiqə qazanardım, həm də avarçəkmə üzrə Paris Olimpiada Oyunlarına 4-5 ay qalıb, burada vidalaşmaq istəyirəm. Sizə peşəkar idmanla məşğul olmamağı tövsiyə edirəm. Bunu 10 ilinin gecə-gündüzünü idmana sərf edən biri olaraq deyirəm”.
Mənbə: Azad İran
Aynur Camal