Dünya mənzərəli ilk kosmik OTEL – FOTOLARbackend

ABŞ-ın Gateway Fonduna bağlı Orbital Assembly Corporation (OAC) tərəfindən hazırlanan Voyager Station, kosmosda dünyanın ilk otelinə ev sahibliyi etməyə hazırlaşır.

“Yeni Gündəm”in məlumatına görə, bu fikir ilk dəfə 1950-ci illərdə raket texnologiyasının inkişafında rol oynayan Alman fizik Wernher von Braun tərəfindən kəşf edilib. NASA Apollo proqramının memarlarından biri olan VON BRAUN süni cazibə yaratmaq üçün fırlanan təkər şəklində bir mexanizm təklif etdi.

Cazibə qüvvənin davamlı olaraq fırlanaraq Ayın səthinə bənzər bir cazibə qüvvəsi meydana gətirəcəyi ifadə edildi.Dünyanın alçaq orbitində yerləşəcək otelin inşası 2025-ci ildə başlayacaq.

Şirkət açıqlamalarında 400 nəfərlik tutuma malik otelin kinoteatr, auditoriya, spa və müxtəlif mövzulu restoranlara sahib olacağı deyildi.Planetimiz ətrafında səyahətini hər 90 dəqiqədən bir başa vuracaq otelin 2027-ci ildə istifadəyə verilməsi gözlənilir.Gateway Vəqfinin qurucusu John Blincow, mövzu ilə əlaqədar bir açıqlamasında : “Bu növbəti sənaye inqilabı olacaq və yeni bir kosmik sənayesi yaranacaq” dedi.

Hazırladı:Aynur Abdullayeva

Yenigundem.az