DÜNYA ŞOKDA! – Qadın at kimi gəzir -VİDEObackend

Özünü at kimi aparan qadının hərəkətləri görənləri təəccübləndirib.

“Yeni Gundem” xəbər verir ki, Norveçdə yaşayan Ayla adlı qadının atlara olan sevgisi qəribə hal alıb. Belə ki, qadın atların etdiyi kimi hərəkət etməyə başlayıb.

Gənc qadın həmin anları videoya çəkərək İnstaqram hesabında paylaşıb. Görüntülərdə onun at kimi qaçması, maneələrin üzərindən tullandığı yer alıb. Onun bu hərəkəti izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Hətta Ayla at kimi hərəkət edərkən uzaqdan bir atın yaxınlaşdığı zənn edilir.

Onun at kimi hərəkət etmə istedadı dünya mediasında da yer alıb və onu “At qadın” kimi tanıyırlar. Gənc qadın bildirib ki, uşaq olarkən o it olmaq istəyib:

“4 yaşım olanda itləri çox sevirdim və it olmağı fikirləşirdim. Sonra Atlara sevgim yarandı. İndi at kimi hərəkət etməyə başladım”.

Həmin görüntüləri təqdim edirik:

 

DÜNYA ŞOKDA! - Qadın at kimi gəzir -VİDEO