Dünya üçüncü dünya müharibəsinin astanasındadırbackend

Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski deyib ki, dünya “təhlükəsiz xaos” vəziyyətindədir, indi üçüncü dünya müharibəsinin astanasındadır. 

“Yeni Gundem” xəbər verir ki, bu barədə “Polsat” məlumat yayıb.

“Ukraynada münaqişə başlayandan dünya kəskin şəkildə dəyişib. Bu, bir dövrün sonu və yeni, naməlum eranın başlanğıcdır”, Kvasnevski deyir.

Onun fikrincə, köhnə dünya düzəninin dağıdılmasının digər elementləri Co Baydenin ABŞ prezidenti seçilməsi, eləcə də Çin və Tayvan arasındakı ziddiyyətlər olub.
Polşanın eks-prezidenti qeyd edib ki, istənilən kiçik münaqişə qlobal münaqişəyə çevrilə bilər.

Bir müddət əvvəl ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə Ağ Evdə danışıqların yekunu üzrə keçirdiyi mətbuat konfransında demişdi ki, Qərb ölkələri, o cümlədən ABŞ Rusiya Federasiyası ilə, eləcə də üçüncü dünya ilə müharibəyə can atmır..

Ayşən