Dünyada koronavirusa yoluxanların sayı 164 milyona çatırbackend

Dünyada 163 721 530 nəfərdə koronavirus aşkarlanıb.

“Yeni Gündəm” xəbər verir ki, virusdan 3 393 409 xəstə ölüb, 142 188 055 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (33 715 951 nəfər), Hindistan (24 965 463 nəfər), Braziliya (15 627 475 nəfər), Fransa (5 877 787 nəfər) və Türkiyədir (5 117 374 nəfər).

İranda 2 751 166, Gürcüstanda 330 375, Ermənistanda isə 220 860 nəfərdə koronavirus müəyyən edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (115 871 nəfər), İranda (76 936 nəfər) və Türkiyədə (44 760 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 329 843 nəfərin 4 779-u ölüb, 314 900 xəstə sağalıb.