Dünyada koronavirusa yoluxanların sayı 292 min nəfəri ötdübackend

Dünyada koronavirusdan ölənlərin sayı 12 min nəfəri ötüb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Qeyd edilir ki, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 292 142 nəfərə çatıb, 12,7 min nəfər koronavirusun qurbanı olub.

Gün ərzində dünyada virusa 26 069 yoluxma halı qeydə alınıb, 1 600 nəfər vəfat edib.

Yoluxma hallarının ən böyük sayı Avropa regionunda qeydə alınıb. Orada bir gün ərzində 22,7 mindən çox insan koronavirusa yoluxub, 1 426 insan ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.