Dünyada yeni virus yayılır – “Pomidor qripi”backend

Hindistanda “pomidor qripi” adlandırılan yeni təhlükəli infeksiya yayılıb.

“Yeni Gündəm” xəbər verir ki, ölkənin Kerala ştatında sözügedən infeksiyaya artıq 80-dən çox yoluxma qeydə alınıb.

Bu virusa əsas olaraq 5 yaşına qədər uşaqlar yoluxur. “Pomidor qripi” bütün bədəndə səpkilərə səbəb olur və səpkilər dairəvi və qırmızı forma alır. Dəridə yaranan qabarcıqların böyüklüyü və rənginə görə bu infeksiya “pomidor qripi” adlandırılır.

Xəstəliyin simptomları sırasında isə qızdırma, ürəkbulanma, qusma, diareya və oynaq ağrıları var. Bu virusdan hələ ki ölüm halı qeydə alınmayıb.

Alimlər qeyd edib ki, “pomidor qripi” meymunçiçəyinin simptomlarını xatırladır.Qafqazinfo