Dünyanı şoka salan türk pilotsuz qayığı: İstənilən hədəfi məhv edə bilərbackend

Türkiyənin istehsal etdiyi ilk pilotsuz silahlı qayığı suya buraxılıb.

Qayıq “Meteksan Savunma” şirkəti tərəfindən hazırlanıb.

Pilotsuz silahlı qayıq saatda 65 kilometr sürətlə 400 kilometr məsafə qət etmək iqtidarındadır.

Qayıq kəşfiyyat, müşahidə, suüstü qarşıdırma, silahlı müşayiət kimi vəzifələri icra etmək üçün nəzərdə tutulub.

Türkiyənin ilk pilotsuz qayığı 4 lazerli raket və 2 lazerli uzunmənzilli tank əleyhinə raket sistemi ilə təchiz olunub.

Həmin qayığın yaxın zamanlarda seriyalı istehsalıa başlanması planlaşdırılır.