Dünyanın ən bahalı boşanması – Fərhad Əhmədov qalmaqalından yeni xəbərlərbackend

Azərbaycan əsilli oliqarx Fərhad Əhmədov və xanımı Tatiana Əhmədovanın boşanma işi beynəlxalq ictimaiyyətin gündəminə çevrilib.

Bu boşanma təxminən 453 milyon funt sterlinq tələblə dünyanın ən bahalı boşanma hadisələrindən birinə çevrilib.

Kaliforniyada davam edən məhkəmə prosesi zamanı hakim Virginia DeMarçi açıqlama verərək cütlüyün övladı Temur Əhmədovun e-poçt yazışmalarının dəlil olaraq istifadə edilə biləcəyini diqqətə çatdırıb.

Məhkəmə boşanma işin yekunlaşması üçün “Google”un Temur Əhmədovun şəxsi e-poçt qeydlərini təhvil verməsinə qərar verib.

Google şirkəti isə məsələ ilə bağlı açıqlama verərək məhkəmənin bu qərarının müştəri məxfiliyini pozduğunu vurğulayıb. Lakin hakim DeMarç, “Google”un bu iddiası manipulyasiya edilə biləcəyini və heç bir ABŞ qanununun pozulmadığını deyib.

“Google”un bu məlumatları 90 gün ərzində məhkəməyə təqdim etməsi gözlənilir.

Bildirək ki, illərdir davam edən məhkəmə prosesində ötən il Tatiana Əhmədova oğlunun Fərhad Əhmədovun bəzi məlumatlarını gizlətdiyini və bu məsələdə atasına dəstək olduğunu diqqətə çatdırıb. Bu ifadə ilə əlaqədar həmin vaxt Londonda yaşayan Temur Əhmədovun evinə əməliyyat təşkil edilib və anasının məhkəmədən istədiyi kompüter, notbuk, telefon, “Apple Watch” kimi cihazlar yoxlanıləb.

Məhkəmənin sübut kimi təqdim edilməsini tələb etdiyi 58 cihazdan 47-si artıq əldə edilib. “Google”la bağlı qəbul edilən son qərar isə Temur Əhmədovu artıq hövsələdən çıxarıb. O, bu hadisədən sonra mətbuat katibi vasitəsilə bir açıqlama yayımlayıb. Temur Əhmədov köhnə bir “PlayStation” və dörd yaşındakı qızına aid oyuncaq kompüterin də əllərindən alınmasını “boş səy” kimi qiymətləndirib.

Əhmədovun mətbuat katibi bildirib ki, bu son qərar Tatiana və “Buford Capital”ın dəlil tapmaq üçün nə qədər çarəsiz olduqlarını göstərir:

“Lisey illərindən qalma e-poçt yazışmaları görmək xoşlarına gələcək. Temur Əhmədovun anasından və “Buford Capital”ın “dünyadakı məhkəmələrdə davam edən son dərəcə bahalı ördək ovundan” gizlədəcək heç bir şeyi yoxdur”.

Qeyd edək ki, İngilis “Financial Times” qəzetinin yaydığı məlumata görə, Tatiana Əhmədovanın məhkəmə prosesində maliyyə dəstəkçisi “Buford Capital” adlı bir maliyyə şirkətidir. Bu şirkətlə 2018-ci ildə razılaşma əldə olunub. Əgər Əhmədova boşanma prosesində istədiyini əldə edərsə, vaxtilə “Chelsea” futbol klubunun sahibi olan Roman Abramoviçin sahib olduğu Luna adlı yaxta, xüsusi bir təyyarə və bir helikopter daxil olmaqla çoxlu sayda sərvət gənc qadına qalacaq.

Xatırladaq ki, Tatiana Əhmədova 1993-cü ildə evləndiyi Fərhad Əhmədovdan boşanmaq üçün 2003-cü ildə məhkəməyə müraciət edib. Həmin dövrdə Fərhad Əhmədov evliliklərinin onsuz da 2000-ci ildə yoldaşının onu aldatması səbəbilə bitdiyini və Moskva məhkəməsi nəzdində boşandıqlarını söyləmişdi. Lakin buna baxmayaraq, Moskva məhkəməsində boşanma ilə bağlı hər hansı bir sənəd tapılmadığı üçün proses davam edib. 2018-ci ildə isə Moskva məhkəməsi cütlüyün boşanmadığını açıqlayıb.

Bundan sonra İngilis məhkəməsində məsələni həll etmək istəyən Fərhad Əhmədov burada da problemlə üzləşib. Belə ki, İngilis məhkəmə sistemi Tatiana Əhmədovanın rus oliqarxın sərvətinin 41.5 faizini “təxminən 453 milyon İngilis funt-sterlinq) ala biləcəyi ilə bağlı qərar verib. Bu qərarla cütlüyün boşanması İngiltərədəki ən böyük boşanma statusunu alıb. Lakin Fərhad Əhmədov İngiltərə məhkəməsinin qərarının “tualet kağızı” olduğunu deyərək heç bir ödəmə həyata keçirməyib.Yenisabah