Dünyanın ən güclü xüsusi təyinatlıları  hansı ölkədədir? – Siyahıbackend

Bütün ölkələrdə xüsusi təyinatlı dəstələrə böyük önəm verilir. Bu elit dəstələr ən ağır sınaqdan keçərək formalaşdırılır. Bu gün dünyanın ən güclü xüsusi təyinatlı dəstələri hansı ölkədədir? Bu sual çoxlarını düşündürür.

“Yeni Gündəm” dünyanın ən güclü xüsusi təyinatlıları ilə bağlı araşdırmasını təqdim edir. Müharibə şəraitində olan ölkəmiz hər zaman xüsusi təyinatlılara xüsusi diqqət ayırıb. Bu dəstələrin üzvləri fiziki, psixoloji hazırlıqları, yüksək peşəkarlıqları ilə seçiliblər. Vətən müharibəsi başlayanda xüsusi təyinatlılarımızın qəhrəmanlığı dillərdə dastana çevrildi. 44 günlük savaş Azərbaycanın qələbəsi ilə başa çatdı. Cəbrayılın, Zəngilanın, Şuşanın alınması hərb tariximizə qızıl hərflərlə yazıldı. Şuşanın azad edilməsi isə hətta dünyanın ən məşhur hərbi nəşrlərini şoka salmışdı. “Şuşa yalnız süngü və avtomatla azad edilib. Bu Azərbaycan Xüsusi təyinatlılarının fantastic uğuru idi. Onlar dünyanın ən güclü elit dəstəsidir.” Bunu amerikalı hərbi ekspert Corc Mondes dilə gətirmişdi. Fransanın məşhur “Le Monde” qəzeti isə Şuşanın azad edilməsi haqqında belə yazmışdı:” Azərbaycanlılar Şuşaya çatıblar, onlar yalnız kəndirlə bu sıldırım qayalara dırmaşıblar. Bu inanılmazdır. Küçə döyüşləri isə əsl filmləri xatırladırdı”.

44 günlük savaşdakı uğur  xüsusi təyinatlılarımızın ən güclülüərindən biri olduğunu göstərən amil idi. Elə ermənilər də xüsusi təyinatlılarımızın adından qorxduqlarını etiraf edirdilər. Ermənistan ordusunun polkovnik- leytenant Gevork Amozyan “qarapaltarlılar” haqqında belə yazıb:”Biz onların Cəbrayıla bu tezliklə gələcəyinə inanmırdıq. Bu inanılmaz idi. Təqribi hesablamaya görə onlar piyada bir gündə 50 kilometr yol qət etmişdilər. Biz onların ayın 5-də bura catacağını gözləyirdik. Amma biz yanıldık. Onlar bizi manevr edərək aldatdı. Bu bizim məğlubiyyətimizin əsasını qoydu.”

Azərbaycan xüsusi təyinatlıları ilə birlikdə dünyada ən yaxşı hesab edilən xüsusi təyinantlıların siyahısını təqdim edirik.
Sözsüz siyahıda ilk yeri qardaş Türkiyənin xüsusi təyinatlıları tutur. “Bordo Bereliler” Türkiyənin göz bəbəyi sayılır. Bu gün dünyada ən yenilməz döyüş qruplarından sayılan bu hərbçilər haqqında bir sıra inanılmaz həqiqətlər mövcuddur.

Bu hərbçilər ən çətin hərbi əməliyyatlara rahatca girib uğurla çıxa bilirlər. “Bordo Bereliler” ən böyük dövlət məmurlarının mühafizəsini də icra edirlər. Onlar suda, quruda, şəhərdə və kənddə, istənilən şəraitdə hərbi əməliyyat keçirə bilmək qabiliyyətinə sahibdirlər.

“Bordo Bereliler” dünyanın ən güclü hərbçiləri sırasındadır. 2004-cü ildə Almaniyada keçirilən hərbi yarışlarda xüsusi təyinatlılar arasında dünya birincisi seçilmişdilər. Ölkədaxili və ölkəxarici əməliyyatlar üçün təlim keçən hərbçilər 3 hissədən ibarət 47 cür fərqli dərslər keçirlər. Bu hərbçilər tam olaraq “Bordo Bereli” adını almaq üçün 3 il 6 ay təlim keçirlər.

“Bordo berelilər” birbaşa Türkiyə Silahlı Qüvvələri Baş qərargah rəisinə tabe olurlar. Başqa da heç kimdəm əmr almırlar. “Bordo Bereliler” mövcud olan hər silahdan istifadə edə bilirlər.
“Ölüm maşını” adlandırılan bu əsgərlər heç bir zaman emosionallığa önəm vermir. Komandirlərinin əmrlərini 2 dəfə təkrarlatmırlar. Hətta komandirləri “Məni vur” desə belə, sorğusuz-sualsız onu vura bilərlər.

Tayvan XTD -2013-cü ildə Tayvan xüsusi təyinatlıları qara rəngli güllə keçirməz xüsusi uniforma ilə təhciz olundular. Bu uniforma döyüşçünü başdan ayağa örtür. Komplektə ballistik maska da daxildir ki, bu 9mm-lik güllələrin əksəriyyətindən öz sahibini qoruyur.

Filippinin reyncer skautları-Dünyanın ən yaxşı partizan müharibəsi aparmaq qabiliyyətinə malik döyüşçülər Filippinin skaut reyncerləri hesab olunurlar.Onlar cəngəllikdə hamıdan yaxşı döyüş qabiliyyətinə malikdirlər.Bu dəstəyə üzv olmaq qistəyən namizədlər ən sərt sınaqlardan keçirlər.

Kanadanın birləşmiş operativ qrupu Joint Task Force 2, JTF2 dünyanın ən gənc təyinatlılarından sayılırlar. 1993-cü ildə yaradılıb.Məxvi əməliyyatlara gedirilər.Barəsində çox az məlumat var.Kanadada bu dəstə barəsində məlumat verilməsi qadağandır.

İsrailin Sayaret Matkal dəstəsi. Onlar həm ölkə daxilində, həm də xaricində əməliyyatlara göndərilirlər. Ümumən 19 ay çəkən təlimlərdə 4 ay piyada baza təlimləri, 2 ay xüsusi gücləndirilmiş təlim, 3 həftə paraşütdən atlama, 5 həftə antiterror əməliyyatlarına hazırlıq gedir.

Fransa Jandarmeriyasının GIGN, Groupe d’Intervention de la Gendarmerie Nationale Fransanın təcili Müdaxilə dəstəsidir, devizi “Öz həyatını qurban edrək həyat qurtarmaq”dır.1972-ci ildə Fransada terrorçular 11 idmançını Olimpiya oyunlarında girov götürüb öldürdükdən sonra belə bir dəftənin yaradılmasına qərar verilib.

Pakistan xüsusi təyinatlıları da dünyada ən çox saylı və dözümlü döyüşçüləri ilə tanınır. Hər birində 700 nəfər olan 8 batalyindan ibarətdir. Hər namizədin 2 il döyüş stajı olmalıdır. Daha sonra 9 aylıq sərt sınaqlar başlayır. Məsələn 60 kilometr ərazidə yüklə 12 saat dayanmadan qaçış sınağını yalnız 5 faiz döyüşçü keçə bilir.

Danimarka kral flotunun xüsusi təyinatlıları 1957-ci ildə yaradılıb. 50 nəfərlik qrupun hər üzvü özünəməxsus xüsusi proqramdan keçib.Bu günə qədər yaxşıların yaxşısının seçildiyi bu dəstəyə cəmi 311 nəfər daxil olub.

İtaliyanın GIS qrupu-1977-də yaradılıb.150 nəfərlik dəstənin bir çox üzvləri peşəkar atıcı və snayperlərdir.Əsasən uşu, muay tay döyüş növlərinə üstünlük verirlər.

ABŞ dəniz pişikləri həm yüksək hazırlığı həm də yüksək ekipirovkası ilə seçilir. 2011-ci ildə Ben Ladeni məhv etmələri ilə öyünürlər.Üzv olmaq istəyənlər 460 metri 12 dəqiqəyə üzməli, 2,5 kilometri 10 dəqiqəyə qaçmalıdırlar.

Hindistanın MARCOS qrupu. Bu qrupun təkcə 9 üzvü İran yük gəmisini qaçaqmalçı silah alverçiləri ilə birlikdə zəbt etmişdi.

Cənubi Koreyanın 707-ci batalyonu 1988-ci ildə Seul Olimpiadasından öncə yaradıldı. 200 kişi və qadından ibarətdir.Ağ Pələng adlı dəstə hücum və dəstək qruplarından ibarətdir.Döyüşçülər 0 dərəcədə belə suda üzməyi bacarmalıdırlar.

ABŞ-ın Yaşıl beretliləri- Partizan döyüşləri üçündür. Xüsusi əməliyyatları yerinə yetirən bu yarım əsrdən çox yaşı olan dəstə “Əzablardan azad” devizi ilə işləyir.

Britaniyanın SAS xidməti. Dünyanın ən güclülərindən hesab olunur.

Polşanın JW GROM xidməti (ildırım) vətəni qorumaq üçündür, ən ağır testləri də psixoloji testlər hesab edilir.

Rusiyanın Alfa qrupu -1974-cü ildə Andropovun zamanında yaradılıb. Bəziləri A hərfini onun adına bağlayırlar, bəzilərinə görə, bu antiterror deməkdir.