Dünyanın ən qorxulu köpəkbalığı Aralıq dənizinə girdi – Adamı saniyələr içində toza çevirirbackend

Dünyanın ən sürətli köpəkbalığı kimi tanınan 4,57 metr uzunluğundakı Mako İspaniya sahillərindən Aralıq dənizinə daxil olub.

“Yeni Gündəm” xəbər verir ki, sonuncu dəfə Barselonada görünən Makonun marşrutu haradan keçəcəyi maraqla gözlənilir.

Uzunluğu ilə görənləri qorxudan Mako dünyanın ən ölümcül köpəkbalığı sayılır. Makonun ən qorxulu xüsusiyyəti hücum etdiyi insanı saniyələr ərzində məhv edə bilməsidir. Statistikaya görə Mako 1580-2017-ci illər arasında 9 nəfərə və 20 qayığa hücum edib.

Qısa qanadlı mako köpəkbalıqlarını əhatə edən müasir hücumların əksəriyyətinin köpəkbalığını təqib və ya tutması ilə törədildiyi düşünülür. Bununla belə, mako Aralıq dənizi sahillərinə çatdıqda hələ də çaxnaşma yaradır.

Mako köpəkbalığı sonuncu dəfə Barselona sahillərində görünüb. Balığı görənlər onun çox sakit üzdüyünü və bədəninin heç bir yerində çapıq olmadığını bildiriblər. Bu səbəbdən balığın hələ erkən yaşda olduğu təxmin edilir. Hazırda bütün diqqətlər Makonun Aralıq dənizdən hansı istiqamətə üzməsində olacaq.