Dünyanın ən yaşlı insanı 117 yaşını qeyd etdibackend
Dünyanın ən yaşlı sakini olan yaponiyalı Kane Tanaka 117 yaşını qeyd edib.
“Yeni Gündem” xarici KİV-ə istinadən xəbər verir ki, Tanaka doğum gününü yaxvaın 2-də, qocalar evində qeyd edib.
Qeyd edək ki, o, 2019-cu ilin martında dünyanın ən yaşlı sakini kimi Ginnesin Rekordlar Kitabına düçüb. Kane Tanaka 1903-cü ildə Fukuokada doğulub. 19 yaşında ailə qurub, 5 övladı var.