Dünyanın ən yaşlı sakini vəfat etdibackend

Dünyanın ən yaşlı sakini hesab edilən Fransa vətəndaşı Andre bacı (Lusil Randon – əsl adı) ömrünün 118-ci ilində vəfat edib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Qeyd olunub ki, Andre qocalar evində dünyasını dəyişib.

Lusil Randon 117 yaşı ərəfəsində koronavirusa yoluxsa da, sağalmışdı.

Lusil Randon 11 fevral 1904-cü ildə Fransada anadan olub. O, 26 aprel 2022-ci ildən planetin ən yaşlı sakini kimi tanınıb.

Randon gəncliyində qubernator işləyib, daha sonra rahibə olub və 28 il Vişi xəstəxanasında çalışıb. Andre bacı adını alan rahibə burada yetimlərə və qocalara kömək edib. 1979-cu ildə Savoyda bir monastırda xidmət göstərib. 2009-cu ildən o, Toulon qocalar evində yaşayırdı.

Report