Dünyanın iki lideri bağlı qapılar arasında nəyi müzakirə etdi?-Kremlin sual doğuran bəyanatlarıbackend

Xəbər verdiyimiz kimi, dünən Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə təkbətək və geniş tərkibdə görüşü olub.

“Yeni Gundem” xəbər verir ki, “Kommersant” dövlət başçılarının bəyanatlarından qısa sitat gətirib.

Rusiya prezidenti Vladimir Putin:

– Danışıqlar uğurlu və konstruktiv keçdi;

– İki ölkə arasında münasibətlər tarixin ən yüksək səviyyəsindədir;

– Çinin sülh planının bir çox müddəaları Ukraynadakı razılaşma üçün əsas götürülə bilər. Amma əvvəlcə Qərb və Kiyev buna hazır olmalıdır;

– Kiyevi tükənmiş uran silahları ilə təmin etmək planları o deməkdir ki, Qərb Rusiyaya qarşı son Ukrayna qalana qədər “işlə deyil, sözlə” mübarizə aparmaq istəyir;

– Bir çox beynəlxalq məsələlərdə Rusiya və Çinin mövqeləri yaxın və ya uyğundur;

– Monqolustanla “Sila Sibir 2” qaz kəməri ilə bağlı bütün razılaşmalar əldə olunub;

– Rusiya Asiya, Afrika və Latın Amerikası ölkələri ilə hesablaşmalarda Çin yuanından istifadəyə üstünlük verir;

– Rusiyadan Çinə mayeləşdirilmiş təbii qazın tədarükü artırılacaq, Moskva neft tədarükünü davamlı olaraq artırmağa hazırdır;

– Rusiya biznesi Çinin artan enerji tələbatını ödəyə bilir;

– 2022-ci ildə Rusiya ilə Çin arasında ticarətin həcmi tarixi rekorda çatıb – 185 milyard dollar;

– Rusiyadan Çinə ət və taxıl ixracını əhəmiyyətli dərəcədə artırmaq imkanları var;

– Çin Uzaq Şərqin iqtisadi inkişafında Rusiyanın aparıcı tərəfdaşına çevrildi;

– Rusiya və Çin Şimal dəniz yolunun inkişafı üçün birgə işçi orqan yaratmağa hazırdır;

– Rusiya ŞƏT çərçivəsində idman assosiasiyasının yaradılmasını dəstəkləyir;

– Rusiya öz ərazisini tərk etmiş müəssisələrin əvəzində Çin biznesinə dəstək verməyə hazırdır;

– Rusiya anti-covid məhdudiyyətlərinin aradan qaldırılması kontekstində Çin ilə tələbə mübadiləsini bir neçə dəfə artırmağa ümid edir;

Çin Xalq Respublikasının Sədri Si Cinpin:

– Putinlə danışıqlar səmimi və dostluq şəraitində keçdi;

– Çin-Rusiya münasibətləri hazırkı dünya sistemi üçün çox vacibdir;

– Ticarət həcminin artması Rusiya və Çinin sosial-iqtisadi inkişafına təkan verdi;

– Çin BMT Nizamnaməsinin prinsiplərinə əməl edərək, Ukrayna böhranı ilə bağlı qərəzsiz mövqe nümayiş etdirir;

– Çin Ukraynadakı münaqişənin həllində sülh və dialoq tərəfdarıdır;

– Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi beynəlxalq münasibətlərin əsas normalarına əməl etməyə davam edəcəklər;

– Çin və Rusiya çoxqütblü dünya formalaşdırmaq üçün konstruktiv qüvvə yaradacaq;

– Ticarətdə, o cümlədən İT sektorunda, resurs ticarətində kompleks planlaşdırma həyata keçiriləcək.

Fərahim Rəhimov