DÜNYANIN NÜFUZLU SİYASƏTÇİSİ VƏ DÖVLƏT BAŞÇISI, TANINMIŞ DİPLOMAT VƏ MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN ZİRVƏSİNƏ APARAN YOLbackend

DÜNYANIN NÜFUZLU SİYASƏTÇİSİ VƏ DÖVLƏT BAŞÇISI, TANINMIŞ DİPLOMAT VƏ MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN ZİRVƏSİNƏ APARAN YOL.

Xalq yalnız o Liderlərin ardınca gedir ki, ona inanır, ona güvənir. Bu inam, bu güvənc isə sınaqlardan çıxaraq qazanılır. Əsl lider yalnız o zaman xalqının sevimlisinə çevrilir, onun gözündə ucalır, qəlbində özünə taxt qurur ki, söz və əməl birliyi ilə bütün sınaqlardan alnı açıq, üzü ağ çıxır. Tarix bu həqiqəti dəfələrlə sübut edib, bu həqiqət Prezident İlham Əliyevin simasında tarix səhnəsində bir daha öz təsdiqini tapdı.
“Azərbaycan torpaqları işğaldan azad olunmalıdır, 1 milyon qaçqın, köçkün öz doğma torpaqlarna qayıtmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. – Bu vəd veriləndə 2003-cü il idi. Prezident kimi Qarabağla bağlı ilk vəd idi bu. Xalq ona yenicə səs vermişdi, özünə Prezident seçmişdi. Dahi Heydər Əliyevdən sonra Azərbaycanı, özünün taleyini ona etibar etmişdi. Ondan çox şey gözləyirdi, ən çox istədiyi isə ləyaqətinin, qürurunun qaytarılması, viran edilmiş yurdunun, Qarabağının xilası idi. Asan deyildi. O, özü də yaxşı bilirdi asan olmadığını və o gündən dilindən düşmədi Qarabağ. Bütün qərarlarında, bütün görüşlərində, bütün səfərlərində ən Ali kürsülərdə belə ilk mübtədası Qarabağ oldu.
Müxtəlif kürsülərdə hər kəsin gözü qarşısında qətiyyətlə, əminliklə səsləndirdi bu fikirləri. Kadr arxasında olanları isə heç də hamı görmürdü. Görünməyənlər onun xalqına verdiyi vədləri gerçəyə çevirmək üçün davamlı çalışmaları idi. Güclü iqtisadiyyat, mükəmməl sosial layihələr, xalqın rifahı, qüdrətli ordu, sarsılmaz xalq-iqtidar birliyi ölkənin günü-gündən artan beynəlxalq nüfuzu.
2003-2020-ci illərdə böyük siyasi iradə və qətiyyətlə görülən bu böyük işlər ümumilikdə sabaha, sabahkı qələbəyə hesablanmışdı.
Nəhayət o gün də gəldi. Qarabağ əsl sahibinə qayıtdı. Güclü hazırlıq, düzgün taktika, düzgün seçilmiş zaman möhtəşəm Qələbəni də təmin etdi. O, adını tarixə ölkəsinin ərazi bütövlüyünü bərpa edən müdrik dövlət başçısı, güclü lider, müzəffər Ali Baş Komandan kimi yazdı. Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə bu miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu.
Dedi və etdi. Sözünün sahibi olduğunu yenidən ən ali səviyyədə nümayiş etdirdi. Onun fəlsəfəsi budur. Sözü imzası qədər keçərlidir.

KÖNÜL RƏHİMOVA – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

XALQIN ETİMADINI VƏ RƏĞBƏTİNİ QAZANMIŞ PREZİDENT.

Bizim hər birimizin fəaliyyəti üçün önümüzdə çox dəyərli örnəklər mövcuddur. Bu örnəkləri möhtərəm Prezident İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva yaradırlar. Onların dövlətə, xalqa sevgisi, milli və dövlətçilik maraqlarını qətiyyətlə, ən yüksək səviyyədə müdafiə etməsi, Azərbaycanın adını yüksəkliklərə qaldırması hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün örnək təşkil etməlidir.
2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, namizədliyini siyasi varisi cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərək bildirmişdi: “İnanıram ki, Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Əlbəttə ki, bu inam Ulu Öndərin siyasi varisi Cənab İlham Əliyevin üzərinə böyük məsuliyyət qoyurdu. Tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb.

Dövlət başçısının uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yaradıb. Dövlət başçısının dəfələrlə bəyan etdiyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində, məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır. Ölkəmizdə sosial sahədə həyata keçirilən islahatlar miqyasına görə, heç bir ölkədə müşahidə olunmur. Şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə qayğı və s. dövlətin öz vətəndaşlarına olan qayğısının təzahürüdür.
Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir. Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildə ölkənin Prezidenti vəzifəsinin icrasına başladığı zaman çıxışında dediyi sözləri xatırlatmaq yerinə düşər: “Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam”. Həqiqətən də, belə oldu. Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşı üçün Prezident oldu və xalqın etimadını doğrultdu. Ötən on səkkiz il, aydın şəkildə göstərdi ki, İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmiş və sosial problemləri həll etmişdir. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib.
Ölkə başçısının gördüyü işlər, həyata keçirdiyi bütün layihə və proqramlar, ilk öncə milli maraqları özündə əks etdirir. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradır.

Bu bir həqiqətdir ki, öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda, böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalqı ona görə cənab prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir və son 18 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqı ona görə prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Bu gün müzəffər Azərbaycan ordusu Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da  Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli bəyanat  regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu  bir güllə belə atılmadan işğaldan azad olundu. Ordumuzun əldə etdiyi tarixi zəfər heç bir halda təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən  inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.
Yaşasın Heydər Əliyev siyasi kursu! Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!

Nicat Əhmədzadə – Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi.

işğaldan azad olundu. Ordumuzun əldə etdiyi tarixi zəfər heç bir halda təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən  inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.
Yaşasın Heydər Əliyev siyasi kursu! Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!

Nicat Əhmədzadə – Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi

 

MİLLİ HƏMRƏYLİYİ, SAĞLAM ƏMƏKDAŞLIQ MÜHİTİNİ VƏ SİYASİ DİALOQU TƏŞVİQ EDƏN DEMOKRATİK LİDER İLHAM ƏLİYEV

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev ilk dəfə 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi
Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Ali Baş Komandanımızın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən Müharibəsində  Azərbaycanın tam  qələbəsini təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad etmişdir. O qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə – Azərbaycan xalqına qaytarmışdır.
Prezident İham Əliyev Azərbaycanın milli qürur və dövlətçiliyimizin simvoludur. Azərbaycan Onun siyasi uzaqgörənliyinin, müdrik dühasının və əsil lider məharətinin sayəsində müstəqil, suveren dövlət kimi adını müasir tariximizə qızıl hərflərlə yazdırmışdır. Respublikamız Onun Liderliyi ilə dövlət quruculuğu tarixinin yeni intibahının mərhələsində inamla irəliləməkdədir.

Prezident İlham Əliyev Xalqın ideallarının lideridir. O, Ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanın quruculuq salnaməsini davam və inkişaf etdirən, zirvəyə daşıyan yeganə lider olduğunu ötən 18 illik şərəfli misilsiz siyasi fəaliyyəti ilə təsdiqləyibdir.
Cənab İlham Əliyev hər zaman Xalqa arxalanıb, Xalqın iradəsi ilə irəliyə addımlayıb. O, hər zaman yalnız uğur qazanıb, zəfər həmişə onu addım-addım izləyib.
Uğur və Qələbə Onun alın yazısıdır. 44 günlük Vətən Savaşı da Onun taleyinə yazılmış uğur salnaməsidir.

Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi

 

Ulu Öndər Heydər Əliyev məktəbinin və siyasi kursunun varisi

Əgər Ulu Öndər Heydər Əliyev olmasa idi, ölkədəki vəziyyət tamamilə gərginləşər və əhalinin yaşayış səviyyəsi olduqca ağır durumda olardı. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə Ulu Öndər Heydər Əliyev hələ fəaliyyət göstərdiyi illərdə canlı əfsanəyə çevrilmişdi. Belə ki, müasir Azərbaycan kimi əbədi olan bu dahi şəxsiyyət bütün vətəndaşların, yaşlı və gənc nəslin qəlbində daim böyük məhəbbətlə sevilir, anılır və hər zaman yaşayacaqdır. 18 il öncə Ümummilli liderimiz, xalqımızın və Vətənimizin böyük oğlu Heydər Əliyevi itirsək də, ötən 18 ilin hər ili Heydər Əliyev siyasətinin təntənəli ili olaraq tarixə qızıl hərflərlə həkk olunmuşdur. Həmin 18 il ərzində Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Ölkə Prezidenti cənab İlham Əliyev müstəqil Azərbaycanı uğurla inkişaf etdirərək ən yüksək səviyyəyə qaldırmışdır. Tarixi faktlar göstərir ki, bu gün beynəlxalq arenada öz sözünü deyəcək qədər qüdrətli dövlətə çevrilmiş müasir və müstəqil Azərbaycanımızın qurucusu məhz Ümummilli lider Heydər Əliyevdir.
Müasir müstəqil Azərbaycan Ümummilli Liderin ideyaları əsasında inkişaf edərək öz qüdrətini daha da artırır. Ulu Öndərin layiqli varisi və alternativsiz siyasətinin davamçısı olan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs nəticəsində Azərbaycan möhtəşəm nailiyyətlər qazanır, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız ən yüksək zirvələrdə əzəmətlə və qürurla dalğalanır.
Xalqımız Azərbaycanın son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçməsini, bu hərtərəfli və dinamik inkişafın bütün sahələri əhatə etməsini çox yüksək qiymətləndirir. Azərbaycan vətəndaşları ölkəmizin inkişafının, sabitliyin davam etməsini istəyirlər. Yəni xalq Ümummilli Liderin layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür!

Vəfa Xəlilli – Gəncliyə Dəstək İctimai Birliyinin sədri

 

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz uğurlu inkişaf yolunda inamla addımlayır

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu inkişaf strategiyası nəticəsində bu gün Azərbaycanda bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub, yeni-yeni uğurlara imza atılıbdır.

Müxtəlif sahələr üzrə aparılan islahatlar, həyata keçirilən sosial layihələr, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın artırılması, uğurlu inkişafımıza təkan verir. Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Bu gün Dövlət başçımız tamamilə müstəqil, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və inkişafına hesablanmış siyasət yürüdür, bütün məsələlərdə özünün qətiyyətli və cəsarətli mövqeyini ortaya qoyur. Milli maraqları təmin edən siyasətin yürüdülməsi Azərbaycanı beynəlxalq nüfuz baxımından xarakterizə edən əsas keyfiyyətlərdən biridir. Eyni zamanda Azərbaycanın öz torpaqları uğrunda inamla savaşa başlaması da müstəqil siyasətin təzahürüdür. Ali Baş Komandanın rəhbərliyi ilə sürətlə inkişaf edən, möhkəmləndirilən respublikamızın uğurlu hərbi əməliyyatları da güclü dövlətin ortaya qoyduğu reallıq idi. Prezident cənab İlham Əliyev 44 gün ərzində beynəlxalq təzyiqləri layiqincə dəf etdi. Ən əsası, Ali Baş Komandan bir daha bütün dünyaya sübut etdi ki, heç bir qüvvə Azərbaycanı özünün haqq yolundan döndərə bilməz. Vətən müharibəsindəki möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin öz vətəndaşlarına nə qədər bağlı olduğunu, onun dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini, xalqın cənab Prezidentin ətrafında sıx birləşdiyini bir daha əyani şəkildə sübüt etmiş oldu.

Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı

 

 

Ulu Öndər Heydər Əliyev irsinin ən layiqli davamçısı

Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyilə hakimiyyətə qayıdışı ilə Azərbaycanda əldə edilmiş milli birlik ölkəmizin ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir və cənab İlham Əliyev ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışıdr. Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafı ilə paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırmışdır. Eyni zamanda, əgər iqtisadiyyat inkişaf etməsə, onda demokratikləşmə prosesi də təhlükə altına düşər.

Azərbaycanın mövcud iqtisadi potensialının insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar elmi inkişafa doğru sürətli kurs götürüldüyünü təsdiqləyir. Hazırkı mərhələdə neft və qeyri-neft sektorunun gəlirlərindən əldə olunan külli miqdarda vəsaitin respublikamızda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin daha da sürətləndirilməsinə, ümumilikdə, insan amilinin yüksəlişinə yönəldilməsi demokratiya sahəsində böyük təcrübəsi olan dövlətlər, ayrı-ayrı beynəlxalq təşkilatlar, nüfuzlu ekspertlər tərəfindən müsbət qarşılanır. Dövlət başçısı həyata keçirdiyi islahatları məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir və yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır.
Dünya Azərbaycanlılarını ulu öndər Heydər Əliyev ideyaları ətrafında birləşdirən cənab İlham Əliyev özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərimizin işıqlı, nurlu arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bütün bunlar tam mənada deməyə əsas verir ki, Prezident İlham Əliyevin dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyası üstünlük təşkil edir.
Bu gün xalqımız ümummilli liderin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

Ulu Öndər Heydər Əliyev məktəbinin və siyasi kursunun varisi

Ulu öndər Heydər Əliyevin həyatının son illərində və aylarında Azərbaycan cəmiyyətini, eləcə də ölkəmizi diqqət mərkəzində saxlayan beynəlxalq dairələri dövlətə gələcəkdə kimin rəhbərlik edəcəyi, ulu öndərin hakimiyyət irsini və siyasi kursunu kimin davam etdirəcəyi ciddi düşündürürdü. İki əsrin və minilliyin qovşağında bu barədə düşünəndə hamının ağlına, birinci növbədə, ümummilli liderin yaxın məsləkdaşı və ən sadiq silahdaşı, onun həyat və mübarizə yolunun ən istedadlı yetirməsi cənab İlham Əliyev gəlirdi.
Bu, yalnız cənab İlham Əliyevin dünya miqyaslı ictimai-siyasi xadim, böyük dövlət adamı və nəhayət, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin oğlu olması ilə bağlı deyildi. Həm də ona görə idi ki, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq yeni tipli siyasi lider olaraq cənab İlham Əliyev kifayət qədər böyük siyasi nüfuz qazanmışdı. Azərbaycan dövlətçiliyi uğrunda mübarizənin gənc qəhrəmanına belə bir məqamda daha geniş meydan, təbii ki, hava-su kimi lazım idi. Xalqın irəlidə – ulu öndərdən sonra taleyini etibar etmək istədiyi lider isə yalnız cənab İlham Əliyev idi. Gələcəyin lideri İlham Əliyev müxtəlif dövlətlərin siyasilərinin çeşidli mülahizələri ilə müşayiət olunan proseslərdə, tez- tez dəyişən olayların çevrəsində dünya şöhrətli atasının bütün fərdi və ideoloji qənaətlərini onunla birgə yaşayırdı.
Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur xüsusən də 30 illik işğaldan sonra torpaqlarımızın azad olunması ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür.

Kəmalə Əliyeva-Əlibəyli kənd tam orta məktəbin direktoru.

Demokratik islahatlar nəticəsində ölkədə yaşanan yeni inkişaf mərhələsi

Cənab İlham Əliyevin Azərbaycan xalqının sevgisi və səs çoxluğu ilə prezident seçildiyi 2003-cü ildə açıqlanan hədəflər sırasında Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi əsas yer tutdu. Dövlətimizin başçısı cənab İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürdü və bu istiqamətdə mühüm addımlar atdı. İqtisadi artımın neft sektorundan asılılığını minimuma endirmək üçün regionların malik olduğu imkanlardan maksimum bəhrələnmək məqsədilə Regional inkişaf proqramları təsdiqləndi və icra edilir. Bununla da regionlarımızın yeni mənzərəsi yaradıldı. Prezident cənab İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk dövründə 2003-cü noyabrın 24-də il “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərman imzalamışdır. Bunun ardınca regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramı təsdiqləndi. Bu sənəd Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi. Sənədin icrasının ilk illərində nəzərdə tutulan sayda yeni iş yerinin yaradılması növbəti mərhələlər üçün yeni hədəflərin müəyyənləşdirilməsini zərurətə çevirdi.
Prezident cənab İlham Əliyev 2009-cu il aprelin 14-də imzalanmış Fərmanı ilə II Dövlət Proqramını- “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramını”, 2014-cü il 27 fevral tarixli Fərmanı ilə III “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənmişdir. Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla həyata keçirilir. Sənədin icra edildiyi iki ilin sosial-iqtisadi göstəricilərinin qənaətbəxş olması bölgələrimizin simasından, vətəndaş məmnunluğundan daha aydın görünür.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində, xüsusən də torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində ölkə sərhədlərinin bərpası hazırda Azərbaycan siyasi və iqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, mühüm tranzit qovşağı kimi tanınır və nüfuz qazanıb.

Bəhruz Mustafayev –Vətən müharibəsi iştirakçsı

 

Regionun yeni geosiyasi reallığını rəsmiləşdirən Şuşa Bəyannaməsi

Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannaməsi ikitərəfli münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsini rəsmiləşdirən strateji təşəbbüs idi. Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisə olduğu qədər həm də Azərbaycan və Türkiyə arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir, eyni zamanda, müttəfiqliyin geostrateji əhəmiyyətini artırır.
Şuşa Bəyannaməsi hər iki ölkə və xalqların maraqlarına xidmət edir. İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan və Türkiyə arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran Bəyannamə xalqların mənafelərinə xidmət edir. Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən sənəd ölkələrin gələcək inkişafına

və xalqların rifahına təminat verir.
Şuşa Bəyannaməsi inteqrasiya prosesləri üçün də hüquqi və mənəvi zəmin yaradır. Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün unikal imkan yaranıb. Reallıq ondan ibarətdir ki, artıq Ermənistan əhalisi və bəzi siyasətçiləri ölkənin bütün problemlərini Qarabağ məsələsi ilə bağlayırlar. Ona görə də, onlar qısa müddətdə bu problemdən qurtulmaq və sosial-iqtisadi, siyasi böhrandan xilas olmaq istəyirlər. Erməni toplumu da anlayır ki, rus sülhməramlılarının bölgədən getməsi onları azərbaycanlılarla üz-üzə qoyacaq. Eləcə də, bir neçə ildən sonra Şuşa ilə Xankəndinin inkişaf səviyyəsində ciddi fərqlər aydın görünəcək. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları yaranacaq. Əhalinin durumundakı fərqlər, ticarət imkanları, iş yerləri Azərbaycanı ermənilər üçün daha cazibədar edəcək.Əlbəttə ki, onlar üçün ən optimal variant inkişaf edən Azərbaycan dövlətinə, cəmiyyətinə inteqrasiya etməkdir.
Bütün dünya isə Azərbaycanı tolerant və multikultural dövlət kimi tanıyır. Bu günə qədər Azərbaycanda etnik və dini zəmində heç bir konflikt olmayıb. Ermənilər də bunu anlamalı və nəhayət ki doğru yolu seçməlidirlər. Yəni, sülh Ermənistanın yeganə çıxış yoludur.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

 

Azərbaycan xalqı cənab Prezident İlham Əliyevi hər zaman dəstəkləmişdir.

30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımız azad edildi. Bu böyük qələbəni xalqımıza görkəmli dövlət xadimi, müdrik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, onun rəhbərlik etdiyi şanlı ordumuz bəxş etdi. Neofaşist ölkə olan Ermənistan, onun vandal ordusu igid əsgərlərimizin zərbələri qarşısında diz çökdü. Qələbəyə aparan uzun yol 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə başa çatdı. İgid hərbçilərimizin, şəhidlərimizin qəhrəmanlığı sayəsində düşmən döyüş meydanında məhv edildi, məğlubiyyətini etiraf etdi. “Ermənilərin məğlubedilməzliyi” barədə yalanlar ifşa edildi. Bu müharibə əslində Azərbaycan əsgərinin yenilməzliyini sübut etdi.
Azərbaycan xalqı cənab Prezident İlham Əliyevi hər zaman dəstəkləmişdir. Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixindən bütün xalq onun ətrafında daha sıx birləşdi. Yüksək vətənpərvərlik ruhuna malik on minlərlə Azərbaycan gəncləri cəbhəyə könüllü getmək üçün müraciət etdilər. Yaşından, peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad edilməsi üçün əlindən gələni edirdi. Xalq misli görünməmiş həmrəylik nümayiş etdirdi. Bu, xalq-Prezident birliyinin, xalqın ölkənin liderinə dərin inamının parlaq nümunəsi idi və bu birlik qələbəmizin təminatı oldu.
Bu qələbəni qazanmaq üçün cənab Prezident uzun illər Azərbaycanın iqtisadi gücünü artırmış, ordunu hərtərəfli və uzun müddət təmin edə biləcək davamlı baza yaratmışdır. Məhz cənab Prezidentin apardığı uğurlu iqtisadi siyasət sayəsində respublikamız sürətlə inkişaf edən bir ölkəyə çevrilmişdir. Şuşanın işğaldan azad edilməsi münasibəti ilə Prezidentin xalqa tarixi müraciətində qeyd etdiyi kimi: “Əgər iqtisadi gücümüz olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi”.
Dövlət başçısının düzgün, balanslaşdırılmış xarici siyasəti sayəsində  beynəlxalq səviyyədə ölkəmizin nüfuzu yüksəlmiş, Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Azərbaycan və işğal edilmiş torpaqlarımız barədə əsil həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmışdır.

Türkiyə kimi qüdrətli, qardaş dövlətin bu çətin günlərdə xalqımızla birgə olması, göstərdiyi siyasi, mənəvi dəstək misilsizdir və bunu ayrıca qeyd etmək lazımdır. Qardaş ölkənin bu mövqeyi heç nə ilə müqayisə edilə bilməz. Cənab Prezidentin uzaqgörən, məqsədyönlü siyasəti ilə Ermənistan beynəlxalq siyasətdə təcrid edildi.
Ali Baş Komandan bu istiqamətdəki uğurlu fəaliyyətini tarixi Şuşa müraciətində yığcam və dolğun şəkildə şərh etdi: “Qələbəmizin üçüncü əsas amili beynəlxalq səviyyədəki uğurlarımızdır. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı”.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Torpaqlarımızın işğaldan azad edilməsi üçün cənab İlham Əliyev müdrik Prezident olaraq düzgün, uzaqgörən daxili və xarici siyasət aparmışdır

Beynəlxalq vəziyyət və geopolitik durum sərrast qiymətləndirilərək Azərbaycan ordusunun əks-hücumu və uğurlu əməliyyatları üçün tam əlverişli zamanın seçilməsini xüsusi olaraq vurğulamalıyıq. Bu isə cənab Prezidentin beynəlxalq siyasət üzrə mahir peşəkarlığını göstərən məqamlardan biridir. Dünyanın məşhur siyasi analitikləri, hətta düşmən tərəfin siyasi şərhçiləri də bunu etiraf etmək məcburiyyətindədirlər.
Ordumuzun tarix yazdığı 44 gün ərzində cənab Prezidentin dünyanın mötəbər kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində beynəlxalq hüquqi normalar çərçivəsində olan Azərbaycanın haqlı mövqeyi tamlığı ilə sərgiləndi. Xarici ölkələrin siyasi şərhçiləri də indinin özündə belə İlham Əliyevin verdiyi müsahibələri çağdaş zamanda yüksək diplomatik peşəkarlığın bariz nümunəsi kimi qiymətləndirməkdədirlər.
Respublikamıza rəhbərlik etdiyi 17 il ərzində Ali Baş Komandan qüdrətli ordu quruculuğu həyata keçirmiş, ordunu ən müasir silahlarla təmin etmişdir. Bu sahədə beynəlxalq təcrübə öyrənilmiş, NATO standartlarına malik olan Türkiyə ordusu ilə birgə uzunmüddətli təlimlər keçirilmişdir. Azərbaycan ordusu müasir silah təminatı, hərbçilərimizin yüksək peşəkarlığı ilə güclü ordular sırasına qalxmışdır. 44 gün davam edən Vətən müharibəsi bunu əyani şəkildə sübut etdi.
Ali Baş Komandan tarixi Şuşa müraciətində bu məsələni xüsusilə qeyd etmişdir: “Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar. Budur bizim fəaliyyətimiz”.
İkinci Qarabağ müharibəsində tətbiq edilən döyüş əməliyyatları, xüsusilə də ağır texnikanın istifadə edilmədiyi Şuşa əməliyyatı dünya hərb tarixinin nadir hadisələridir. Hərbçilərimizin bu müharibədə göstərdiyi şücaət misilsizdir. Ali Baş Komandan öz müraciətində Azərbaycan hərbçilərinin igidliyini yüksək qiymətləndirmişdir: “Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!”
Bu sözlərə yalnız onu əlavə etmək olar ki, bu qəhrəman əsgərlər ona görə qalib gəldilər ki, onların Ali Baş Komandanı məhz İlham Əliyevdir!
Torpaqlarımızın işğaldan azad edilməsi üçün cənab İlham Əliyev müdrik Prezident olaraq düzgün, uzaqgörən daxili və xarici siyasət aparmış, orduya rəhbərlik edən Ali Baş Komandan olaraq yüksək sərkərdəlik qabiliyyəti ilə  qətiyyətli qərarlar vermişdir. Məhz cənab Prezidentin yorulmaz fəaliyyəti, onun rəhbərlik etdiyi ordumuzun qəhrəmanlığı sayəsində düşmən məğlub edildi. O, bütün dünyaya sübut etdi ki, məhz erməni kimi, insanlıq xüsusiyyətlərindən uzaq bir düşmən tərəfindən uzun müddət işğal altında qalan torpaqlarımızın azad edilməsinin yeganə yolu müharibədir. 44 günlük bu Vətən müharibəsi və qazanılmış qələbə Azərbaycan tarixinin ən parlaq səhifələri kimi milli yaddaşımızda əbədi olaraq qalacaqdır.

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri

 

İlham Əliyev Ulu Öndər Heydər Əliyev irsinin ən layiqli davamçısı olduğunu sübut etdi

2003-cü ildə cənab İlham Əliyevin xalqın yekdil dəstəyi ilə Prezident seçilməsi müstəqil Azərbaycan dövlətinin tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu seçimlə 10 il ərzində Ulu Öndər Heydər Əliyevin qurub yaratdğı, həyatın hər bir sferasını nizama saldığı müstəqil Azərbaycanı davamlı inkişaf, tərəqqi və firavan gələcək gözləyirdi.
Ulu Öndər Heydər Əliyev 2003-cü ilin oktyabr ayının 1-də Azərbaycan xalqına müraciətində qeyd edirdi: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu Öndər Heydər Əliyevin bu müraciəti xalq üçün cənab İlham Əliyevin bir şəxsiyyət və siyasətçi olaraq portretini çəkməklə yanaşı həm də insanlarda gələcəyə inam yaratmışdı. Çünki xalq öz liderinə inanır və etibar edirdi.
Zamanla öz siyasi fəaliyyəti ilə xalqın etimadını doğruldan cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev irsinin ən layiqli davamçısı olduğunu sübut etdi. İlk dəfə Prezident seçilərkən “Mən hər bir azərbaycanlının Prezidenti olacam” deyən ölkə başçısı xalqın milli təhlükəsizliyinin və firavan həyat şəraitinin qarantı oldu. Ölkədə həyata keçirilən davamlı islahatlar, xalqın və dövlətin milli maraqlarına xidmət edən daxili-xarici siyasət, əhalinin günbəgün yaxşılaşan sosial rifah halı, Azərbaycanın beynəlxalq  aləmdə artan nüfuzu, bir sözlə müstəqil Azərbaycanın inkişafı göstərir ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır.  Bir sözlə, Prezident cənab İlham Əliyev Azərbaycanın dayanaqlı inkişafının təminatçısıdır. Ölkə başçısının rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmişdir

Ölkə başçısının həyata keçirdiyi düşünülmüş uğurlu müstəqil iqtisadi siyasət və davamlı ordu quruculuğu strategiyası Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəlməsinə gətirib çıxardı. Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident cənab İlham Əliyev tərəfindən hər zaman xüsusi diqqət göstərilmişdir. Bütün bunların nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. Belə ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.  44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu və bunun nəticəsində Ağdam, Laçın və Kəlbəcər döyüş əməliyyatları aparılmadan Azərbaycana təhvil verildi.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici Kütləvi İnformasiya Vasitələrinə müsahibələr vermişdir. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı 30-dan artıq müsahibəsi XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələri real mübarizə üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi və titanik mübarizəsi ilə qlobal informasiya məkanında Ordumuzun cəbhədəki uğurlarını möhkəmləndirərək qələbəmizin beynəlxalq legitimliyini təmin etmişdir.

Nailə Əliyeva Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru.