“Düşmən cinayətlərə görə öz payını alıb” – Ali Baş Komandanbackend

“Qubadlı rayonunun Muradxanlı kəndi – ermənilər burda yaşayıb. Buranı da dağıdıb. Artıq bərpa işləri gedir. Bu da Həkəri kəndidir. Baxın, ermənilər it damında yaşayıb, baxın. Erməni faşizminin əməlləri. Bütün dünya görsün bunları. Bu da onların traktoru”.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri ötən gün Qubadlı rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Balasoltanlı kəndi – evlərin böyük hissəsi dağıdılıb, amma düşmən bəzi evlərdə qanunsuz məskunlaşma aparmışdır. Bu da hərbi cinayət sayılır. Düşmən bütün bu cinayətlərə görə artıq öz payını alıb, cavabını verib, beynəlxalq müstəvidə də cavabını verəcək. Bizim şanlı ordumuz bu yolla Laçın rayonuna keçmişdir və Laçın rayonunun bir neçə kəndini işğalçılardan azad etmişdir. O cümlədən Güləbird kəndi də ordumuz tərəfindən işğalçılardan azad edilmişdir. Laçın rayonunun cənub hissəsidir. Ordumuz işğalçılardan azad etmişdir. Şimal hissəsi isə Ermənistanın kapitulyasiyasından sonra bizə qaytarıldı”, – deyə Azərbaycanın dövlət başçısı qeyd edib.