Düşmən Tovuzda mülki əhalini və yaşayış evlərini hədəf aldı – RƏSMİbackend

Ermənistan Silahlı Qüvvələri tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı “Yeni Gündəm”-ə bildirib ki, nəticədə evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.

Mülki şəxslər arasında xəsarət alan yoxdur.