Düşmənin raket zərbəsi zamanı Gəncədə 3 nəfər ölüb, 3 nəfər yaralanıb – VİDEObackend

Ermənistan silahlı birləşmələri humanitar atəşkəsi kobud şəkildə pozaraq Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutub. Nəticədə 20-ə yaxın ev dağılıb.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, dağıntılar altında olan vətəndaşlardan ölən və yaralananlar var.

Baku TV-nin hadisə yerində olan əməkdaşının verdiyi ilkin məlumata görə, raket zərbəsi nəticəsində 3 nəfər həlak olub, 3 nəfər isə ağır yaralanıb. Yaralılar arasında azyaşlı uşaq da var.

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin atdığı 3 raketdən ikisi Hava Hücumundan Müdafiə Sistemi vasitəsilə zərərsizləşdirilib. Bir raket isə mülki əhalinin yaşadığı binanın üzərinə düşüb.