“Düşünürəm ki, bu, dünyada unikal hallardan biridir”backend

Müharibə qaçılmaz idi və ədalətin, beynəlxalq hüququn bərpası ilə nəticələndi.

“Yeni Gündəm” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı deyib.

“Müharibə qaçılmaz idi və ədalətin, beynəlxalq hüququn, Azərbaycan xalqının milli ləyaqətinin bərpası ilə nəticələndi. Biz indi sülh barəsində danışırıq. Düşünürəm ki, bu dünyada unikal hallardan biridir ki, bu qədər uzun bir qarşıdurmadan sonra qısa müddət ərzində ədaləti bərpa edən və təcavüzkarı məğlub edən ölkə sülh təklif edir. Əgər müharibələr tarixinə nəzər salsanız, bu cür mənzərəyə çox da rast gələ bilməzsiniz”, – Azərbaycan Prezidenti qeyd edib.