“Düşünürük ki, bu islahatlar sığortaya qarşı münasibəti dəyişməlidir”backend

Sığorta bazarının inkişafı ilə bağlı gördüyümüz bütün tədbirlər məhz buna xidmət edir. Sığorta sektoru maliyyə bazarının, ümumiyyətlə, iqtisadiyyatın digər sahələrindən fərqli olaraq inam üzərində qurulur. Burada sığortalıların sığortaçıya inamı mühüm əhəmiyyət kəsb edir. Mərkəzi Bankın əsas vəzifəsi sığortalıların hüquqlarının müdafiəsidir.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev deyib.

Sədr bildirib ki,İcbari avtomobil sığortası sahəsində sığorta haqlarının hesablanması, həm də sığorta hadisələrinin tənzimlənməsi ilə bağlı yeni islahatlar həyata keçirilib.

“Biz ilk növbədə sığortaçıların sığorta ödənişləri ilə bağlı bütün öhdəliklərinin tam və vaxtında həyata keçirilməsi üçün onların maliyyə dayanıqlığının gücləndirilməsi üçün tədbirlər görürük. Hazırda sığorta hadisəsi baş verdikdə sığorta zərərinin ödənilməsi ilə bağlı heç bir problem yaşanmır. Bu, riskin ortadan qaldırılması üçün sığortaçıların maliyyə dayanıqlığının gücləndirilməsi istiqamətində gördüyümüz tədbirlərin nəticəsidir.

İkinci istiqamətdə gördüyümüz tədbirlər sığortaçıların sığortalılara qarşı ədalətli rəftarının təmin edilməsidir. Burada məqsəd sığorta hadisəsi baş verdiyi zaman onun düzgün qiymətləndirilməsini, zərərin düzgün ölçülməsini, ödənişin vaxtında həyata keçirilməsini, prosesdə sığortalılara qarşı sığortaçıların ədalətli rəftarını təmin etməkdir. Biz icbari sığorta sahəsində qanunvericiliyin tənzimlənməsi çərçivəsində həm beynəlxalq, həm də, xarici təcrübələr əsasında qanunları, eyni zamanda nəzarət mexanizmlərini inkişaf etdiririk.

Bu yaxınlarda icbari avtomobil sığortası sahəsində sığorta haqlarının hesablanması, həm də sığorta hadisələrinin tənzimlənməsi ilə bağlı yeni islahatlar həyata keçirdik. Artıq avtomobillərin icbari sığorta zamanı hadisə baş verirsə, hər bir sığortaçı öz müştərisinə ödənişlə bağlı birbaşa xidmət göstərir. Bu bütövlükdə sığortalıların sığortaya qarşı münasibətini köklü olaraq dəyişir. Çünki, bu sinif 1,4 milyon avtomobil sahibi olan vətəndaşımızı əhatə edir. Sığortaya münasibət, sığorta ilə bağlı məlumat bu sinifdən başlayır. Biz islahatlara bu sinifdən başladıq. Düşünürük ki, bu islahatlar sığortaya qarşı münasibəti dəyişməlidir. Bizim müxtəlif sahədə gördüyümüz maarifləndirmə tədbirləri sığortalıların özlərinin hüquq və vəzifələri barədə məlumatlandırılması, onların sığortaya olan inamının artırılmasına xidmət edir.”

Fərahim RƏHİMOV