“Düzdür, bir az qocalıb, amma…” – Bu klub Ronaldo ilə danışıq apardığını təsdiqlədibackend

Fransanın “Olimpik Marsel” klubunun sabiq müdafiəçisi, hazırda Marsel təmsilçisinin səfiri qismində fəaliyyət göstərən Bazil Boli yayada Kriştianu Ronaldu ilə əlaqə saxladıqlarını açıqlayıb.

“BeIN Sports” onun dediklərini belə çatdırıb:

“Bəli, Ronaldu ilə danışıq aparmışıq. Fikrimcə, Fransa çempionatına nələrsə vermək üçün “Olimpik”ə keçməyə dəyərdi. Düzdür, bir az qocalıb, amma hələ də Liqa 1-də rəqiblərinin ürəyinə qorxu salacaq gücdədir. Həm də o, Kriştianu Ronaldudur, brenddir axı”.

Xatırladaq ki, Ronaldu “Mançester Yunayted”dən ayrılandan sonra klubsuzdur.

fanat.az