DYP liseyin qarşısında reyd keçirdi – FOTObackend

Bakı şəhəri Nərimanov rayonu ərazisində yeni tədris ilinin ilk günü ilə əlaqədar olaraq paytaxtın ən çox qaydaların pozulduğu məktəblərdən birinin qarşısında reyd keçirilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bu barədə “Yeni Gundem”-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ankara liseyinin qarşısında Nərimanov rayon DYP Şöbəsinin əməkdaşları ilə birlikdə uşaqların dərsdən çıxdığı saatlarda və növbənin dəyişildiyi müddətdə müşahidələr aparılıb.

Bu zaman ərzində bir sıra qayda pozuntuları aşkarlanıb. Eyni zamanda həmin ərazidə avtomobillərin saxlanılması üçün yerlərin olmasına baxmayaraq sürücülərin məktəbin qarşısında parklanma qaydasını pozaraq sıxlığa səbəb olmamaları ilə bağlı vətəndaşların haqlı narazılıqları dinlənilib . Bununla bağlı Nərimanov rayon DYP Şöbəsinin əməkdaşları dayanma-durma qaydalarının tələblərini pozan sürücülərlə profilaktik söhbətlər aparıb.

Məktəb kollektivinə də izah olunub ki, bu cür qaydaların pozulmaması üçün həm uşaqlarla, həm də valideynlərə maarifləndirici söhbətlər aparılsın.