DYP ötən gün yollarda yaranmış sıxlığa münasibət bildiribbackend

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ötən gün yollarda qeydə alınan avtomobil sıxlığına münasibət bildirib.

Bu barədə “Yeni Gündəm”-ə idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. O bildirib ki, yağışlı, çiskinli və dumalı hava şəraitində yollarda hərəkət sıxlığının yaranması təbii və başa düşüləndir.

“Bu cür hava şəraitində sürücülərdən “Yol hərəkəti haqqında” Qanunun 50-ci (Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi) maddəsinə uyğun olaraq sürət həddini aşağı salmağı, ara məsafəsini düzgün şəkildə gözləməyi, həmçinin, baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün ayıq-sayıqlığı artırmaq tələb olunur” – deyə qurum rəsmisi əlavə edib.