DYP valideynlərə “Son zəng”lə bağlı XƏBƏRDARLIQ ETDİbackend

Bakı Şəhər Dövlət Yol Polis Idarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

Polis leytenantı Rüstəm Əhmədli “Yeni Gündəm” -ə açıqlamasında bildirib ki, iyunun 14-ü Bakı şəhəri ərazisində “Son zəng” qeyd olunacaq. Bununla əlaqədar artıq Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişi əsasında şəhər ərazisində post patrul və yol patrul xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq. Həmçinin DYP sürücülərə və avtomobil sahiblərinə xəbərdarlıq edir ki, şəhər ərazisində sürət həddi və ara məsafəsinə diqqət yetirsinlər, məktəb ərazilərində son dərəcə diqqətli olsunlar. Eyni zamanda yol polisi sürücülərdən xahiş edir ki, avtomobili azyaşlı uşaqlara verməsin və onları nəzarətsiz buraxmasınlar.

Çünki əvvəlki illərin təcrübəsi göstərir ki, sürücülük hüququ olmayan 11-ci sinif məzunları və digər aşağı sinif şagirdləri valideynlərinin yaxud yaxın qohumlarının avtomobili ilə yol nəqliyyat hadisəsi törədir yaxud digər xoşagəlməz hallar baş verir.

DYP valideynləri bu hala diqqətli olmağa çağırıb.